Modern.az

Jurnalistlər nazir oğlunun iddiasına etiraz piketi keçirdilər (foto)

Jurnalistlər nazir oğlunun iddiasına etiraz piketi keçirdilər (foto)

Media

1 Dekabr 2010, 15:05


Bir qrup jurnalist və “Dalğa” Gənclər hərəkatının fəalları Yasamal rayon məhkəməsinin qarşısında piket keçirib. Modern.az bildirir ki, piket “Yeni Müsavat” qəzetinə qarşı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası əsasında hazırlıq iclasının başlanmasından əvvəl keçirilib.
“Yeni Müsavat”dan əlini çək” şüarı ilə piketə toplaşan jurnalistlər KİV-ə təzyiqlərə son qoymağa çağırıblar. Piketdə iştirak edən “Yeni Müsavat” qəzetinin əməkdaşı Etibar Seyidağa saytımıza bildirib ki, piket insidentsiz ötüşüb. Belə ki, piket keçirilən zaman ətrafda polis olmayıb. Hazırda Anar Məmmədovun iddiası ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu