Modern.az

Siyasətçi bütün dünya türklərini təqhir etdi

Siyasətçi bütün dünya türklərini təqhir etdi

1 Dekabr 2010, 16:27

Belçikanın dövlət televiziyasında yayımlanan yarışma proqramına qatılan siyasetçi Jan Peter Peumans türkləri təhqir edib. Modern.az saytının xariçi mətbuata istinadən verdiyi xəbərə görə, Jan Peter Peumans “yer üzünün ən iyrənc xalqı kimdir” sualına  “türklər”  deyə cavab verib.

 “De Pappenheimers” adlı bilik yarışması Belçikanın VRT 1 kanalında yayımlanıb. Türkləri təhqir edən siyasətçi Yeni Flaman İttifaqı Partiyasının sədr müavini olub.

Daha sonra doğru cavabı bildiyini etiraf edən siyasətci “doğru cavabı həqiqətən bilirdim, amma yəhudilər haqqında yeni nəsə  deməyə cəsarətim yoxdur. Yəhudilərin nominal olaraq liberalizmi haqqında fikir söylədim, çox problem yaşadım, elə buna görə, bu dəfə onlardan danışmaq istəmədim ...” deyib.

Məsələyə qarışan Türkiyənin Belcikadakı səfiri  Murat Ersavcı Jan Peter  Peumans ilə telefon əlaqəsi yaradaraq Türk xalqından üzr istəməsini tələb edib. J. P. Peumans isə yenə eyni kanalda  yol verdiyi yalnışlıqla bağlı açıqlama verəcəyini vəd edib.


Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?