Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq tədbir keçirəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq tədbir keçirəcək

Təhsil

1 Dekabr 2010, 18:24

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Bakı Ofisi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Qeyri-hökumət təşkilatlarının yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda iki günlük seminar keçirir. Modern.az-ın məlumatına görə, tədbir 2-3 dekabr tarixlərində baş tutacaq.

ATƏT  və Şura təlimçilərinin aparacağı seminarda birləşmək hüququnun əhatə dairəsinə aid beynəlxalq və milli qanunvericiliyin icmalı, birləşmək hüququnun təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ictimai birliklərin formalaşdırılması nəzəriyyəsi, hüquqi şəxsin təsis edilməsi (ictimai birliklərin qeydə alınması), fandreyzinq, qrantların qeydiyyatı və hesabatların təqdim olunması, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması və təlimçilərin təlimi üzrə metodologiyanın öyrənilməsi məsələləri üzrə müzakirələr aparılacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!