Modern.az

Azay Quliyev QHT xəbərçilərini təbrik edib

Azay Quliyev QHT xəbərçilərini təbrik edib

Qarabağ

1 Dekabr 2010, 18:27

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev “qhtxeber.az” saytının kollektivinə təbrik məktubu göndərib. Məktubda deyilir:

Əziz dostlar!
İnternet səhifələrində fəaliyyətinizin 1 ilinin tamam olması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz Azərbaycan QHT-lərinin gündəlik  fəaliyyətində baş verən yenilikləri, ölkənin QHT sektorunun bütöv mənzərəsini bütün rəngarəngliyilə işıqlandırırsınız.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının müddəalarına uyğun olaraq, ölkə QHT-lərinə informasiya dəstəyinin verilməsi işində sizin də böyük əməyiniz var. Kollektivinizin səyi nəticəsində ölkə ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərin inkişafı naminə həyata keçirdiyi bütün tədbirlər haqda məlumatlanırlar.  Siz Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına çalışan beynəlxalq QHT-lərin və donor təşkilatların fəaliyyətini işıqlandırmaqla onlarla yerli QHT-lər arasında etibarlı körpü missiyasını yerinə yetirirsiniz. Sizin QHT-lər və donorlar arasında hər hansı bir fərq qoymamağınızı, yalnız görülmüş işdən nəticə çıxararaq informasiya yaymağınızı xüsusilə qeyd etmək istərdim. Əminəm ki, jurnalistikanın qızıl prinsipləri – obyektivlik, operativlik və qərəzsizlik sizin redaksiyada bundan sonra da daim qorunacaq, yaradılmış ənənələr daha da zənginləşdiriləcəkdir.
Əziz dostlar!
Siz qısa müddət ərzində Azərbaycanın QHT sektoruna aid ilkin informasiya mənbəyi kimi nüfuz qazanmış və gündəlik operativ fəaliyyətiniz və obyektivliyinizlə tanınmış informasiya portalları ilə bir sırada dayanmağa nail olmusunuz. Bu, əlbəttə, böyük nailiyyətdir. İnanıram ki, kollektiviniz bu sahədə öz uğurlarını daim artıracaq, elektron qəzetiniz gün-gündən daha oxunaqlı və daha baxımlı olacaqdır. Bu yolda sizin hər birinizə uğurlar arzulayıram”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu