Modern.az

Azərbaycanda şəxsiyyət vəsiqələrinin üzərinə etibarlılıq müddəti yazılır

Azərbaycanda şəxsiyyət vəsiqələrinin üzərinə etibarlılıq müddəti yazılır

2 Dekabr 2010, 11:06


Azərbaycanda şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində islahatlara 2001-ci ilin sentyabrından başlanılıb. Daxili İşlər Nazirliyi 16 yaşına çatan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin edir.
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanuna görə, 16 yaşına çatmış vətəndaş ilk dəfə şəxsiyyət vəsiqəsi aldıqdan sonra bu sənədi bir neçə dəfə dəyişdirməlidir. Belə ki, hər bir vətəndaş 25, 35, 50 yaşlarına çatdıqda, bundan başqa onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
Lakin müşahidələr göstərir ki, şəxsiyyət vəsiqəsinə malik vətəndaşların əksəriyyəti müvafiq yaşa çatdıqda, ailə vəziyyəti dəyişdikdə sözügedən sənədi dəyişdirmək üçün könüllü surətdə daxili işlər orqanlarına müraciət etmir. Onlar yalnız hansısa bir məsələ ilə əlaqədar rəsmi qurumlara müraciət etdikidə məlum olur ki, şəxsiyyəti təsdiq edən sənid yaşa görə dəyişməlidir.

Modern.az-ın məlumatına görə, bu il aprelin 29-da Milli Məclisin Soasial siyasət komitəsinin iclasında Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəsmiləri şəxsiyyət vəsiqəsinin üzərinə bu sənədin istifadə müddətinin yazılmasını təklif etmişdillrə. Bunu onunla əsaslandırmışdılar ki, belədə vətəndaş həmin müddət başa çatandan sonra sənədi dəyişdirməyə məcbur olsun.
Mayın 11-də isə Milli Məclisin plenar “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” qanunlara dəyişiklik və əlavələr edilib.

Həmin sənədə əsasən, şəxsiyyət vəsiqələrinin üzərində etibarlılıq müddəti göstərilməlidir. Etibarlılıq müddəti bitən sənədlərin sahibi onu vaxtında dəyişdirməyəcəyi təqdirdə cərimələnməlidir.

Modern.az xəbər verir ki, artıq Azərbaycanda vətəndaşlara verilən şəxsiyyət vəsiqələrinin üzərində etibarlılıq müddəti yazılır. Eribarlılıq müddəti qanunda nəzədə tutulduğu kimi 10 illik müddəti əhatə edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi