Modern.az

Əli Həsənov: “Wikileaks”-ın materiallarının arxasında böyük qüvvələr dayanır”

Əli Həsənov: “Wikileaks”-ın materiallarının arxasında böyük qüvvələr dayanır”

2 Dekabr 2010, 11:28

“Astana sammitində müəyyən irəliləyişlər var, imzalanan yekun protokola da Azərbaycan şərtlə qoşulub”. Modern.az-ın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının İctimai – siyasi şöbəsinin müdüri Əli Həsənov Astana sammitinin yekunları ilə bağlı  jurnalistlərə  şərh edərkən deyib.

Əli Həsənov bildirib ki,  əgər beynəlxalq birlik Qarabağ münaqişəsininin sülh yolu ilə həllinə təşəbbüs göstərməsə, o zaman Azərbaycan beynəlxalq ictimaiyətin  rəyini nəzərə almadan öz torpaqlarını azad etmək barədə müstəqil qərar qəbul edəcək .

Son günlərdə gündəmdə olan digər məsələyə - Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat attaşesi Türqut Ərin kitabında yazdıqlarına münasibət bildirən Ə.Həsənov hesab edir  ki, bunun arxasında güclü erməni lobbisi dayanır.
“Zaman – zaman  elə qüvvələr olub ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə çalışıblar”-deyə o vurğulayıb.
“Wikileaks” saytında  yazılanların heç bir əsası olmadığını deyən Ə.Həsənov bildirib ki, bu yazılanlar Cənubu Qafqazda  dünya liderlərini qarşı-qarşıya qoymaq məqsədi daşıyır. 
“O materialların da arxasında hər halda böyük qüvvələr dayanır. Zaman gələcək və bilinəcək bu  qüvvələr  kimlərdir”-deyə Ə.Həsənov bildirib.  

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi