Modern.az

Qənirə Paşayeva xaricə tədbirə gedir

Qənirə Paşayeva xaricə tədbirə gedir

2 Dekabr 2010, 12:02

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva 2-4 dekabr tarixində Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçiriləcək “21-ci əsrdə Türk Dünyası” mövzusunda beynəlxalq simpoziumda iştirak edəcək.
Beynəlxalq simpozium Avrasiya İqtisadi Münasibətlər Dərnəyi və Lefke Avropa Universitetinin keçirdiyi simpoziumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Kosovo və Makedoniyadan millət vəkilləri, elm adamları, tarixçilər, ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak edəcək.

ŞKTC prezidenti Dərviş Əroğlu, TÜRKSOY ürkilə bərabər, Türk dünyasının müxtəlif dövlətlərindən və toplumlarından çox sayda siyasətçinin, ictimai xadimlərin, elm və mediya nümayəndələrinin iştirak edəcəyi simpoziumda Türk Dünyasının real əməkdaşlıq, sərmayə imkanları araşdırılacaq, inteqrasiya prosesi gözdən keçiriləkəcək. Toplantıda türk cümhuriyyətləri adından 65 məruzə təqdim ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu