Modern.az

Türkiyə səfirliyi nota barədə açıqlama vermək istəmir

Türkiyə səfirliyi nota barədə açıqlama vermək istəmir

Təhsil

21 Oktyabr 2009, 17:19

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycana nota ünvanlayıb. Nota Xarici İşlər Nazirliyinə təqdim edilib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov da təsdiqləyib və əlavə edib ki, hazırda notaya cavab hazırlanır. Modern.az

notanın səbəbi və orada nəyin əks olunduğunu dəqiqləşdirmək üçün Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat xidmətinə müraciət edib.  Səfirlikdən saytımıza bilidirilib ki, nota barədə onlar bir şey deməyəcəklər: “Bu sənəd Xarici İşlər Nazirliyinə təqdim edilib, oradan da sizi maraqlandıran məsələlərə cavab ala bilərsiniz”. 

Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə deyib ki, rəsmi Ankara Azərbaycanda səfirliyə aid binanın üzərindən Türkiyə bayrağının endirilməsinə etiraz edir Qeyd edək ki, oktyabrın 21-də səhər saatlarında Türkiyə səfirliyinin Dini İşlər Müşavirliyinin binası üzərindəki Türkiyə bayrağı endirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi