Modern.az

Milli Məclisin yaz sessiyasının ilk iclasına 16 məsələ çıxarılır - GÜNDƏLİK

Milli Məclisin yaz sessiyasının ilk iclasına 16 məsələ çıxarılır - GÜNDƏLİK

25 Yanvar 2016, 11:24

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi məlum olub. Bu barədə Modern.az saytına açıqlama verən parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

“Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması məsələlərinə baxılacaq. Bundan başqa, gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi ilə bağlı sənədlər də daxil edilib”. 

A.Təvəkküloğlu bildirib ki, gündəlikdə "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara, Miqrasiya, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi daxil edilib.

Parlamentin yaz sessiyasının 1-ci iclası fevralın 1-də keçiriləcək.

Aytən ZƏHRA

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!