Modern.az

“Onları öz silahı ilə vurmaq lazımdır” - MÜSAHİBƏ

“Onları öz silahı ilə vurmaq lazımdır” - MÜSAHİBƏ

26 Yanvar 2016, 18:33

ABŞ-a səfər etmək jurnalist kimi mənim ən böyük arzularımdan biri idi. Okeanın o tayında  müxtəlif insanlarla görüşlərdə ABŞ və Azərbaycan münasibətləri, Amerika cəmiyyəti və dünyada baş verən münaqişələrdən danışdıq. Türk-Amerikan Dərnəkləri Assambleyasının rəhbəri Oya Bain də ABŞ-dakı həmsöhbətlərimdən biri oldu. Onunla söhbəti Modern.az saytının oxucularına təqdim edirəm.

- Öncə bilmək istərdim ki, ABŞ-la Azərbaycan  arasındakı münasibətləri necə qiymətləndirirsiz?

- Bu söhbət üçün təşəkkür edirəm. İstəyirəm əvvəlcə özüm və  çalışdığım təşkilat haqqında məlumat verim. Mən Oya Bain 1979-cu ildə Amerikada yaradılmış Türk–Amerikan Dərnəkləri Assambleyasının (ATAA) rəhbəriyəm. Türkiyə ilə ABŞ-ın əlaqələrini əhatə edən ATAA 10-u digər ştatlarda olmaqla 15 könüllü tərəfindən idarə olunur. Türk–Amerikan Dərnəkləri Assambleyasının 60 regional üzvü var. ATAA-nın əsas məqsədi ABŞ-da yaşayan amerikalı türklərin marifləndirilməsindən, media, siyasət və ictimai həyatda fəal olmalarına kömək göstərməkdən, həmçinin Türkiyə-Amerika münasibətlərinin inkişafına təsir etməkdən ibarətdir.
Biz Azərbaycan icması ilə də yaxından əməkdaşlıq edirik və bir neçə görkəmli amerikalı azərbaycanlı fəalımız var.
Mən ABŞ-a 1960-cı ildən tələbə kimi gələndən Türk-Amerikan məsələləri daha çox diqqətimi cəlb etmişdi.

- Azərbaycan Qafqaz regionunda ABŞ-ın etibarlı tərəfdaşlarından biridir. Sizcə, Azərbaycanla Birləşmiş Ştatların istər iqtisadi, istərsə də digər sahələrdəki əməkdaşlığı hansı səviyyədədir?

- ABŞ Qafqazda Azərbaycan vasitəsilə Qərb demokratiyası siyasətini həyata keçirməyə çalışır. 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanla  ABŞ arasında diplomatik münasibətlər qurulub, elə o vaxtdan  bəri regional təhlükəsizliyinin təmin ediməsində, enerji təhlükəsizliyinin artırılmasında, iqtisadi və siyasi islahatların gücləndirilməsində Azərbaycanı dəstəkləyib.
Enerji ixracatçısı kimi Azərbaycan son 10 ildə çoxlu uğur qazanıb. ABŞ-ın Bakı-Tiblisi-Ceyhan neft kəmərinin tikintisində Azərbaycana dəstəyi bu iki ölkə arasında münasibətlərin yaxşı olmasının bariz nümunəsidir.
Lakin Qafqaz və Türkiyə ilə bağlı münasibətlərdə ermənilərin ABŞ-a təsirini də qeyd etmək lazımdır.

- Suriya müharibəsi, miqrasiya böhranı və miqrantlarla bağlı hadisələrə amerikalıların münasibəti necədir?

- Prezident Barak Obama ölkəyə miqrantların gəlməsi məsələsinə humanistcəsinə yanaşır. Lakin prezidentliyə namizəd olanlar, xüsusilə Respubliklaçılar miqrantların gəlişinə etiraz edirlər. Təəssüf ki, onlar qaçqınlar və digər məslələrlə bağlı ortaq nəticəyə gələ bilmirlər. Amerika xalqı qonaqpərvər və xeyriyyəçidir, onlar təhsil, sosial və sağlamlıq xidmətlərində daha təcrübəlidirlər. Hazırda Amerikada 11 miyondan çox qaçaq ispaniyalı miqrant var ki, onlar da əhalinin 3%-ni təşkil edir. Amerika dövləti bu məsələni həll etməyə çalışır.

- Dünyada müxtəif münaqişə zonaları var. Bir çox terror qrupları sülh və sabitliyə ciddi təhlükədirlər, günahsız insanları öldürür, dinc həyat tərzini pozurlar. Bu təşkilatların sonu nə vaxt çatacaq?

- Şiddətlə heç vaxt heç nəyə nail ola bilməyəcəklər. ASALA və digər erməni terror təşkilatları türklərə və türk diplomatlarına qarşı hücumlar təşkil edirlər.
Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı isə son 35 ildə 40 mindən çox  kürd və türkün ölümünə səbəb olub.
İndi əsas problem budur ki, hazırda dünyada terrorizmə qarşı mütəşəkkil iş görülmür. Avropa və Amerikadakı bəzi qüvvələr PKK-ya gizli və ya açıq şəkildə dəstək verirlər. Həm də bilirlər ki, bu təşkilatların mübarizə forması yalnışdır.
Nə qədər ki dünya ictimaiyyəti terrorizmə qarşı birgə mübarizə aparmır, heç vaxt bu məsələdə uğur qazanılmayacaq.

- Azərbaycan Respublikası də terrorzimdən əzaiyyət çəkir. Ölkəmizin ərazi bütövlüyü beynəlxalq aləm tərəfindən tanınır, lakin torpaqlarımızın 20%-i uzun illərdir erməni işğalı altındadır. 1 miyon qaçqın-köçkünümüzün hüquqları Ermənistan dövləti tərəfindən pozulub. BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi barədə 4 qətnaməsi var. Bu qətnamələrə görə, Ermənistan öz qosunlarını Qarabağdan çıxarmalıdır. Lakin Ermənistan buna əməl etmir. Sizcə ABŞ dövləti nə üçün Ermənistandan BMT qətnamələrinə əməl etməyi tələb etmir? ABŞ bu münaqişənin həllində nə edə bilər?

- Ermənistan ABŞ-la Rusiya arasında siyasi vasitədir. Lakin bu balaca uğursuz ölkənin ABŞ-da güclü diasporu var. Erməni diasporu daim ABŞ dövlətinə təsir edə bilir.



- Azərbaycan cəmiyyəti ölkəmizə qarşı ikili standartlardan narazıdır...

- Haqlı narazılıqdır. Bəzən hər hansı bir mövzuyla bağlı fikirlərin yalnış ifadə edilməsi ABŞ-da  Azərbaycana qarşı tənqidləri gücləndirir. ABŞ Konqresində bəzi nümayəndələr tənqidlərdən istifadə edərək Azərbaycan əleyhinə fikirlər səsləndirirlər. Məsələn, Kris Smiti buna misal göstərmək olarl.

Buna görə də Azərbaycan insan hüquqları, mətbuat azadlığı, qanunların düzgün icra olunması sahəsində şəffalığı, ədaləri təmin etməlidir ki, kimlərəsə əsas verməsin. Bu eyniylə Türkiyəyə də aiddir.

- Bu ilin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanla münasibətlərdə dəyişiklik baş verə bilərmi?

-ABŞ-ın xarici siyasətində prioritetlər var. Hər prezident seçkilərində namizədlər erməni icmalarından səs qazanmaq üçün “erməni soyqrımı”na dair yalandan vədlər verirlər. Amma prezident seçilən şəxs verdiyi vədləri yox, Amerikanın maraqlarını üstün tutur.
Türkiyə və Azərbaycan  münasibətlərini yalançı tarixi iddialarla pozmaq ağılsızlıq olar. Qarabağ məsələsi daha mürəkkəbdi, bu məsələnin həlli üçün Azərbaycan Amerikada ictimai münasibətləri daha da gücləndirməlidir. Mən düşünmürəm ki, Qarabağ məsələsində ABŞ siyasətini dəyişəcək. Amerika bu məsələnin həllində o qədər də maraqlı deyil, çünki Ermənistan ABŞ və Rusiya arasında siyasi vasitədir.

- Azərbaycan müxtəlif dini və etnik qrupların sülh şəraitində yaşadığı tolerant ölkədir. Müsəlmanlar, xristianlar, yəhudilər əsrlər boyu birlikdə yaşayırlar... Bu haqda nə bilirsiniz?

- Bilirəm ki, Azərbaycan öz tolerantlığı və harmoniyası ilə müxtəlif cəmiyyətlər arasında seçilən ölkədir. Bu, Azərbaycanın ABŞ-da və dünyada yaxşı cəhətdən tanınmasına və təbliğ olunmasına mühüm təsir göstərir. Son illər ABŞ-da bununla bağlı müxtəlif ictimai, mədəni tədbirlərin keçirilməsi, Azərbaycanın burada ictimai və siyasi gücünü artırır.

- Son zamanlar Azərbaycan və Amerika münasibətlərindəki soyuqluğu siz də müşahidə edirsinizmi?

- Erməni lobbisinin Konqres üzvlərinə təsiri ABŞ-Azərbaycan  münasibətlərini gərginləşdirir.

Azərbaycan və Türkiyəyə qarşı mənfi fikirlər xüsusilə Konqresə seçkilərdə daha çox səs toplamağa çalışan namizədlərin canfəşanlığı sayəsində gündəmə gətirilir.

Hesab edirəm ki, onları öz silahı ilə vurmaq lazımdır!

Məsələn, Azərbaycan əlyhinə zərərli sənəd hazırlayan konqresmen  Kris Smit Nyu-Cersdəndir. Nyu-Cersidə türklər və azərbaycanlılar ermənilərdən daha çoxdur. 2016-cı il noyabr seçkilərində Smitin seçilməsinə “yox!” deməliyik.

Erməni icması daha çox yunanlarla birlikdə işləyir və birlikdə səsvermədə iştirak edirlər.

ABŞ-da yaşayan azərbaycanlılar seçkilərdə aktiv iştirak etməlidirlər. Bu ölkədə yarım milyondan çox  azərbaycanlı var. Onlar  könüllü komandalarda, səsvermələrdə iştirak etməli və öz mesajlarını çatdırmalıdır.

Azərbaycana qarşı nifrət və irqçilik güdən erməni lobbisinin məqsədi aydındır: Azərbaycan ərazilərinin qanunsuz işğalını qanuniləşdirmək və Azərbaycan-Amerika münasibətlərinin pozulması üçün hər vasitədən istifadə etmək.

- Ukrayadakı münaqişə ocağının ləğvi üçün  birmənalı olaraq bu ölkəni dəstəkləyən Amerika Azərbaycana niyə dəstək vermir?

- Bunun strateji səbəbi var. ABŞ-ın xarici siyasətində erməni diasporunun xüsusi yeri var. Qarabağ məsələsində hər şey Ermənistanın əleyhinə olsa da, məhz erməni diasporu və erməni lobbisinin təsiri ilə ABŞ ciddi ölçü götürməyib.

Ssiyasətdə ədalətli oyun yoxdu. Avropaya geniş çıxış imkanları olan Ukrayna ilə Azərbaycanı eyniləşdirmək olmaz. ABŞ-ın strateji hədəfi ondan ibarətdir ki, Rusiyanın Ukraynaya təsirini heçə endirsin.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan daha nələr etməlidir?

- Qafqazdakı bu müharibənin həlli yolları müxtəlifdir. Azərbaycan öz hərbi gücünü artırmalı və beynəlxalq münasibətlərini inkişaf etdirməlidir.
Eyni zamanda Azərbaycan iqtisadi sahədə inkişafı həyata keçirməlidir ki, bu da Ermənistanın   geriləməsi prosesini gücləndirər.
Cənub qaz layihəsi və digər iqtisadi rıçaqlardan səmərəli istifadə olunmalıdır.

- Sonda Azərbaycan xalqına və cəmiyyətinə arzularınız...

-
Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” konsepti daha da güclənməlidir. Mən hər iki ölkənin ABŞ-la bağlı mnasibətlərdə sıx əməkdaşlıq etməsini və hədəflərə doğru irəliləməsini istəyirəm. Azərbaycana bütün sahələrdə inkişaf və uğurlar arzulayıram. 



Vüqar Quliyev Ağamalıoğlu
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər