Modern.az

Qəbiristanlıqlarla bağlı yeni qanun layihəsi hazırlanır

Qəbiristanlıqlarla bağlı yeni qanun layihəsi hazırlanır

29 Yanvar 2016, 12:15

“Bələdiyyələrin fəaliyyəti ilə bağlı  bir sıra mühüm işlər görüləcək. Keçən ildən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız halda almaq məsələsi qanunvericilikdə öz əksini tapıb, bu müsbət məsələ olsa da onun icrasında müəyyən çətinlik var. Bununla bağlı hazırda müəyyən tədbirlər görülür. Təklif hazırlanır. Təkliflər odur ki, bələdiyyələr vergiləri alanda onların vergi verənə bir təsir mexanizmi olsun. Bu məsələ ətrafında düşünülür”.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə komitənin iclasında deyib. Deputat bildirib ki, bələdiyyələrdə olan mövsümü torpaqların icarəyə verilməsi məsələsindən də danışıb:

“Qeyri-hərrac yolu ilə torpaqların mövsümi istifadəsi üçün onların icarəyə verilməsi məsələsi gündəlikdə yer alıb. Bununla bağlı müəyyən addımlar atmaq müəyyənləşdirilib.

Bu tipli torpaqlar istifadəyə verilirsə, 5 il müddətində özgəninkiləşdirilə bilməz”.

Arif Rəhimzadə qeyd edib ki, ötən il ərzində 27 kəndin adı dəyişdirilib, 3 kəndə isə tam yeni ad verilib. Həmçinin Arif Rəhimzadə Regional Məsələlər Komitəsində qəbiristanlıqlardan istifadə ilə əlaqədar qanun layihəsinin də hazırladıqlarını bildirib.

“Komitə qəbiristanlıqların istifadəsi ilə əlaqədar layihə hazırlayıb. Layihənin assosiasiya rəhbərlərinə verilməsi planlaşdırılır ki, onlar da müzakirə etdikdən sonra öz təkliflərini verəcəklər.

Qanun layihəsi yaxşı olsa da çox vəsait tələb edən məsələdir. Vəsaitin haradan və necə tapılması haqqında düşünmək lazımdır. Bu məsələ gündəmdə durur”.

Ağa AKİFOĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir