Modern.az

Bakılı qızın Rusiya, rus qızının Bakı macəraları - VİDEO

Bakılı qızın Rusiya, rus qızının Bakı macəraları - VİDEO

Reportaj

30 Yanvar 2016, 12:34

Rusiyanın “Pyatnitsa” telekanalında yayımlayan “Barışnya-krestynaka” (“Şəhərli xanım - kəndli qız”) verilişinin növbəti buraxılışı Bakı ilə bağlı olub.

Modern.az saytı adı çəkilən telekanala istinadən xəbər verir ki, verilişdə Bakıda model sənəti ilə məşğul olan Kamilla Babayeva Rusiyanın Novosibirsk vilayətindəki ucqar kəndə, həmin kənddən olan rus qızı Mariya Makareviç isə Bakıya gələrək özləri üçün yad olan mühitdə bir neçə gün keçiriblər.

Şəhər qızı olan bakılı K.Babayeva soyuq Sibir kəndində şəhər həyatına xas narahatlıqdan uzaq şəraitdə odun yarmaq və rus sobasında yemək bişirməyə öyrənməli, kəndli rus qızı isə Bakının elit məkanlarını və tarixi abidələrini ziyarət edərək, elit şəhər həyatı ilə tanış olmalı idi.

Modern.az “Barışnya-krestyanka” verilişinin Bakı ilə bağlı buraxılışını təqdim edir.


Kamilla Babayeva


Mariya Makareviç




Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı