Modern.az

Prezidentin sərəncamı ilə Elmin İnkişafı Fondu yaradılıb

Prezidentin sərəncamı ilə Elmin İnkişafı Fondu yaradılıb

21 Oktyabr 2009, 23:00

Oktyabrın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılmasını, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu yaradılıb.
Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası
ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb ölkə başçısına təqdim etməlidir.
İlham Əliyevin digər sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir