Modern.az

2010-cu il bəşəriyyət tarixində ən isti il olub

2010-cu il bəşəriyyət tarixində ən isti il olub

Dünya

6 Dekabr 2010, 09:46

2010-cu il bəşəriyyət tarixində ən isti il olub. Dünya Meteoroloji Təşkilatının Baş katibi Mişel Jarro BMT-nin çərçivə Konvensiyası üzvlərinin Meksikanın Kankun şəhərində keçirilən iqlim dəyişikliklərinə dair konfransında çıxışı zamanı bu barədə məlumat verib.
Təşkilat rəhbərinin sözlərinə görə, bu il yanvar-oktyabr aylarında havada və dənizdə temperatur Selsi ilə 0,55 dərəcə yüksək olub. Bu, 1961-1990-cı illər üçün orta göstəricidən yuxarıdır. Əgər dünya birliyi iqlim dəyişiklikləri ilə mübarizə sahəsində konkret tədbirlər görməsə, onda planetdə temperatur rejimi əyri xətt üzrə yuxarı qalxacaq.
Mişel Jarro deyib ki, cari ildə Kanada və Qrenlandiyada ən nəzərəçarpacaq temperatur anomaliyası müşahidə olunub. Təşkilatın ekspertlərinin Yer kürəsini böldükləri 23 regiondan 7-də temperatur normadan xeyli artıq olub. Yalnız Avstraliyanın şimalında temperatur dəyişiklikləri qeydə alınmayıb. Afrikanın şimal, Asiyanın isə cənubu temperatur qeyri-adiliyi cəhətdən daha qeyri-sabit olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı