Modern.az

Astana sammitində olan jurnalistlərimiz gecə yata bilmirmişlər (fotosessiya)

Astana sammitində olan jurnalistlərimiz gecə yata bilmirmişlər (fotosessiya)

6 Dekabr 2010, 13:41

Astanada keçirilən ATƏT-in sammiti tarixə qovuşdu. Düzdü, hamı deyir ki, bu sammit heç nəyi həll etmədi. Amma hər halda sammitlə bağlı bütün xəbərlərin yükünü çəkənlər də oldu. Azərbaycan vətəndaşlarını qarlı Astanadan informasiya ilə təmin edən bizim jurnalistlər kimi.
Modern.az jurnalistlərin Astanada çəkilən bəzi şəkillərini təqdim edir. Sammitdə Azərbaycandan ANS-in əməkdaşı Ayaz Nizamioğlu, APA-dan Viktoriya Dementyeva, “Turan” İA-dan Təranə Kazımova, ATV-dən Vaqif Aydınoğlu və digərləri iştirak ediblər.

Media nümayəndələrinin sözlərinə görə, Astana sammitinin keçirildiyi iclas zalına getmək üçün gecə saat 3.00-da yuxudan durmaq lazım idi. Saat 5.00-da sərt yoxlamalar başlayırmış. Sonra konfrans zalına yola düşürmüşlər.  Nümayəndə heyətləri və jurnalistlər tez gəlirmiş. Çünki səhər açılandan sonra iclasa gələn dövlət başçılarına görə bütün yolları bağlayırmışlar...

 

 

 

 

 

 

 

 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir