Modern.az

"Protokollar Türkiyə parlamentində səs almayacaq"

"Protokollar Türkiyə parlamentində səs almayacaq"

22 Oktyabr 2009, 09:50

Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri  Eldar İbrahimov Modern.az saytına bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin yaxın zamanlarda açılacağına inanmır: “Mən Türkiyənin baş naziri Ərdoğanın dediyi sözlərə inanıram. Onun kimi bir liderin yalan deməsi mümkün deyil. Çünki dediyi sözlər yalan çıxsa,  Türkiyə xalqı onu hakimiyyətdə saxlamaz. Qənaətimcə, protokollar Böyük Millət Məclisində səs almayacaq”.

Deputat bu məsələdə Türkiyənin başqa yolu olmadığını da söyləyib: “Baxın, Türkiyəyə nə qədər təzyiqlər var. Demək olar ki, bütün tərəflərdən qardaş ölkə sıxılır. Ancaq bütün məsələlərin demokratik prinsiplərlə həlli parlament müzakirələrindən keçir. Ona görə də həm vəziyyətdən çıxış yolu, həm də məsələlərin demokratik prinsiplərlə həlli üçün protokoların Türkiyə Böyük Millət Məclisində müzakirəsində qəbahət görmürəm”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir