Modern.az

“Azal”-ın təyyarələrində sərnişinlərə oxumaq üçün hansı qəzetlər verilir?

“Azal”-ın təyyarələrində sərnişinlərə oxumaq üçün hansı qəzetlər verilir?

7 Dekabr 2010, 12:30

Başqa ölkələrə təyyarələrlə səfər edən sərnişinlərə yolda vaxtlarını səmərəli kecirmək və ölkədə, dünyada baş verən hadisələrdən xəbər tutmaq üçün müxtəlif mətbu nəşrlər paylanır.

Bəs Azərbaycan sərnişinlərinə “Azal”ın təyyarələrində hansı qəzet və jurnallar  verilir? 

Modern.az-ın əməkdaşı məsələni araşdırmaq üçün “Azərbaycan Hava Yolları” Acıq Səhmdar Cəmiyyətinə müraciət edib. 

“Azal”ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli saytımıza acıqlamasında bildirib ki, Azərbaycandan gedən  sərnişinlərə oxumaq üçün “Respublika “, “AzərNews” , “Xalq qəzeti”, “Bakinskiy raboçiy” qəzetləri verilir.

Belə məlum olur olur ki, "Azal"ın təyyarələri ilə uçan sərnişinlərə Azərbaycanda çıxan müxalifət və müstəqil qəzetlər verilmir.
 
Sədaqət Süleymanova  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir