Modern.az

Məşhurların övladları: Pənah Hüseynin hüquqşünas oğlu - FOTOLAR

Məşhurların övladları: Pənah Hüseynin hüquqşünas oğlu - FOTOLAR

7 Fevral 2016, 17:30


Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Azərbaycanın keçmiş baş naziri, eks-deputat, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hsüeynin oğlu Vaqif Hüseyn haqqındadır.

Pənah Hüseyn 1957-ci il oktyabrın 28-də Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
1980–1983-cü illərdə Sabirabad rayonunda orta məktəb müəllimi, rayon tarix muzeyinin işçisi işləyib. 1986-cı ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.

1988-1991-ci illərdə milli azadlıq hərəkatında iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə - 1992-ci ildə Pənah Hüseyn dövlət katibi postuna təyin olunub. 1993-cü ildə isə qısa müddətdə (aprel 1993 – iyun 1993-cü il) Azərbaycan Respublikasının baş naziri işləyib.
Hakimiyyət dəyişikliyindən sonra o, 1997-2000-ci illərdə Azərbaycan Milli Elmər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olub.

Azərbaycan Xalq Partiyasının ilk sədri seçilib və hazırda da qurumun lideridir.

2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib. 1010-cu ildə deputat səlahiyyətləri başa çatan Pənah Hüseyn həmin ildə və 2015-də yenidən deputat seçilməyə çalışsa da, mandat qazana bilməyib.
Evlidir, 3 övladı var.

Vaqif Hüseyn Pənah Hüseynin yeganə oğlu, iki bacının qardaşıdır. 1980-ci il noyabrın 9-da Sabiarabadda doğulub. 1-ci sinfi Sabirabadda oxuyub. Daha sonra atasının işi ilə əlaqədar 1987-ci ildə Bakıya köçüblər. 3-cü sinifdən Yeni Günəşlidəki 278 saylı məktəbdə oxuyub.

Orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universiteti Hüququ fakültəsində təhsil alıb. Əvvəlcə bakalavr pilləsini bitirib, sonra magistraturanı başa vurub.
Vaqif Hüseyn Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. İl yarımlıq hərbi xidmətdən sonra 2009-cu ildən “Yeni Müsavat” qəzetinin hüquqşünası işləyir.

2005-ci ildə dövlət qulluğunda işə düzəlmək üçün sənədlərini Xarici İşlər Nazirliyinə verib. Yüksək bal toplayaraq birinci mərhələdən keçib və ilk 10-luğa düşüb. 70 mümkün baldan 68 bak toplasa da, onu ikinci mərhələyə çağırmayıblar.
Vaqif Hüseyn evlidir, 2 oğlu var.

A.Qorxmaz

***

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu
//modern.az/articles/49878/1/


Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/


Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/


Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/


Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/


Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/


Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/


Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/


Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/


Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/


Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/


Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/
 

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/


Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/


Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/
 

Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/


Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/


Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/
  

Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/


Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/


Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/


Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/
  

Şəfiqə Məmmədovanın kinoşünas oğlu
//modern.az/articles/59187/1/

Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
 
//modern.az/articles/59971/1/
  

Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/


Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/63426/1/


Səməd Seyidovun doktorant oğlu - FOTO
//modern.az/articles/64545/1/
 

Cahangir Əsgərovun sənətşünas qızı - FOTO
//modern.az/articles/65112/1/

Rövnəq Abdullayevin oğlu - FOTO
//modern.az/articles/65480/1/

Əbülfəs Qarayevin menecer qızı -FOTO
//modern.az/articles/66914/1/


Elman Rüstəmovun modelyer qızı - FOTOLAR
//modern.az/articles/67761/1/

Hafiz Paşayevin maliyyəçi oğlu - FOTO
//modern.az/articles/70502/1/

Mir Cəlal Paşayevin dosent qızı - FOTO
//modern.az/articles/71109/1/

Elçin Əfəndiyevin diplomat qızı - FOTO
//modern.az/articles/71465/1/ 

Elmar Məmmədyarovun oğulları - FOTO
//modern.az/articles/71879/1/

Əli Nağıyevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/72554/1/

Eldar Mahmudovun yazar qızı – FOTO
//modern.az/articles/74356/1/
  

Azad Rəhimovun menecer oğlu – FOTO
//modern.az/articles/76420/1/


Maqsud İbrahimbəyovun rejissor oğlu – FOTO
//modern.az/articles/76828/1/
 

Mənsum İbrahimovun diplomat qızı
//modern.az/articles/80843/1/
 

Firudin Cəlilovun cərrah oğlu - FOTOLAR
//modern.az/articles/87563/1/


Allahşükür Paşazadənin hüquqşünas oğlu - FOTOLAR
//modern.az/articles/89372/1/
 

Sabir Rüstəmxanlının prezident oğlu – FOTOLAR
//modern.az/articles/90335/1/

Paşa Qəlbinurun cərrah oğlu - FOTOLAR
//modern.az/articles/92871/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür