Modern.az

Xalq artisti İlham Əsgərov Mərkəzi Kliniki Xəstəxanaya aparılıb

Xalq artisti İlham Əsgərov Mərkəzi Kliniki Xəstəxanaya aparılıb

7 Dekabr 2010, 20:14

Tanınmış aktyor beyin insultu keçirib

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov beyin insultu keçirib. Aktyorun həyat yoldaşı Yeganə Əsgərovanın verdiyi məlumata görə, xalq artisti 4 gündür ki, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həkimlər aktyorun vəziyyətini orta ağır qiymətləndirirlər. (APA)

Həyat yoldaşının sözlərinə görə, aktyor iki həftə əvvəl özünü pis hiss etməyə başlayıb. Dekabrın 4-də axşam saatlarında İlham Əsgərovun vəziyyəti daha da pisləşib. O, başgicəllənmə və halsızlıqla əlaqədar təcili tibbi yardımla Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda aktyor beyin insultu diaqnozundan müalicə olunur.

Qeyd edək ki, 52 yaşlı xalq artisti uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir