Modern.az

“Günəşi gözləyənlər” romanı işıq üzü görüb

“Günəşi gözləyənlər” romanı işıq üzü görüb

9 Dekabr 2010, 11:20


Gənc yazar, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibi Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı işıq üzü görüb.

Kitabın redaktoru və “İnsan olmaq lazımdır” adlı ön sözün müəllifi tənqidçi Əsəd Cahangirdir. Əsər  həyatda özünə yer tapa bilməyən, maddi və mənəvi uğursuzluqlar içində çabalayan, amma gələcəyə ümidlə baxan, bütün qaranlıqlarda işıq axtaran bir gənc və onun ətrafında cərəyan edən hadisələrdən bəhs edir. Kitabı Bakının kitab mağazaları və Bakı metropoliteninin satış köşklərindən əldə etmək olar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!