Modern.az

Dünyanın ən güclü ordularının reytinqi açıqlandı - Azərbaycan Ermənistandan 10 pillə öndədir - SİYAHI

Dünyanın ən güclü ordularının reytinqi açıqlandı - Azərbaycan Ermənistandan 10 pillə öndədir - SİYAHI

15 Fevral 2016, 14:06

“Global Firepower” hərbi portalı dünyanın ən güclü ordularının illik indeks reytinqini açıqalyıb.

Modern.az saytı hərbi portala istinadən xəbər verir ki, reytinqin başında ABŞ ordusu dayanıb.

126 ölkənin hərbi potensialı – canlı qüvvəsi və hərbi texnikasının sayı, hərbi sənayesinin inkişaf gücü nəzərə alınan reytniqdə Azərbaycan ordusu 1,5221 indeks xalı ilə dünyanın ən güclü 64-cü orudusu seçilib.

Ermənistan ordusu 74-cü (1,8231), Gürcüstan 75-ci (1,8434), İran 23-cü (0,7614), Türkiyə isə 10-cu (0,4339) yer alıb.

Ən zəif ordusu olan ölkələrə Mali (3,7392), Mozambik (3,8115) və Somali (5,7131) daxildir.

Modern.az ən güclü ordusu olan 10 ölkəni təqdim edir.

  1. ABŞ (0,1663)  
  2. Rusiya (0,1865)
  3. Çin (0,2318)
  4. Hindistan (0,2698)
  5. Böyük Britaniya (0,2747)
  6. Fransa (0,3069)
  7. Cənubi Koreya (0,3098)
  8. Almaniya (0,8507)
  9. Yaponiya (0,3841)
  10. Türkiyə (0,4339)

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər