Modern.az

AzTV-də 3 sənədli film çəkilib, 6-sı da çəkilir

AzTV-də 3 sənədli film çəkilib, 6-sı da çəkilir

9 Dekabr 2010, 16:30

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində «Sabahın elçisi. Mirzə Fətəli Axundzadə», «Toğrul» və «Sevda yolu» sənədli televiziya filmlərinin istehsalı başa çatıb. Bu barədə Modern.az-a Azərbaycan Teleradio Verilişləri QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

«Sabahın elçisi. Mirzə Fətəli Axundzadə» filmində görkəmli Azərbaycan dramaturqu, filosofu, maarifçisi M.F.Axundzadənin həyat və yaradıcılığından söhbət açılıb. Çəkilişləri Bakıda və Şəkidə aparılan filmdə böyük ədibin əsərlərindən istifadə olunub. M.F.Axundzadə obrazını xalq artisti Tariyel Qasımov canlandırıb.
Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.

«Toğrul» filmi, görkəmli xalq rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunub. Müxtəlif məkanlarda çəkilmiş kadrlarla zəngin olan filmdə rəssamın əsərləri ilə yanaşı, onun vokal səs imkanları da öz əksini tapıb.
Filmin ssenari müəllifi Möhübəddtin Səməd, rejissoru Oqtay Babazadə, operatoru Aqil Abbasovdur.

«Sevla yolu» filmi xalq artisti, «Şöhrət» ordenli Canəli Əkbərova həsr olunub. Filmdə ustad xanəndənin düşüncələri və ifaları səslənib.

Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Oqtay Əlizadə, operatoru Adil Abbasdır.

Hazırda QSC-də «Rəsul Rza», «Marş», «Müslim Maqomayev», «Bəhram Mansurov», «Nargin adası» və «General Əliağa Şıxlinski» filmlərinin çəkilişləri davam etdirilir.

Modern.as

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər