Modern.az

Əli Hüseynli: "“İctimai nəzarət haqqında” qanun layihəsinin mövcudluğundan söhbət gedə bilməz” - AÇIQLAMA

Əli Hüseynli: "“İctimai nəzarət haqqında” qanun layihəsinin mövcudluğundan söhbət gedə bilməz” - AÇIQLAMA

17 Fevral 2016, 14:24


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə müzakirə olunan “İctimai nəzarət haqqında” qanun layihəsi barədə Modern.az saytına açıqlama verib. Əli Hüseynli deyib:

“İctimaiyyətdə və mətbuatda “İctimai nəzarət haqqında” sənədin müzakirəsi marağa səbəb olub. Ola bilsin ki, bu sənədin ictimai müzakirəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri və QHT üzvləri ilə birlikdə Milli Məclisin toplantı zallarından birində keçirilməsi bu cür təəssürat yaradıb. İctimai müzakirələr hər hansı bir ideyanın və yaxud təşəbbüsün qanun layihəsi forması almasından ötrü bir mərhələdir. Bununla yanaşı, bildirməliyəm ki, ancaq qanunvericilik təşəbbüsü subyektlərindən biri tərəfindən - cənab Prezident, Milli Məclisin deputatı, Ali Məhkəmə və Baş Prokurorluqdan Milli Məclisə qanun layihəsi rəsmi təqdim olunduqdan sonra hüquqi baxımdan həmin sənədin mövcudluğundan danışmaq mümkündür. 

Hal-hazırda rəsmi qaydada belə bir qanun layihəsi təqdim olunmayıb və bu baxımdan “İctimai nəzarət haqqında” qanun layihəsinin mövcudluğundan və müzakirəsindən söhbət gedə bilməz”.

Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir