Modern.az

Ziyafət Əsgərov Əli Hüseynlini əvəzləyəcək

Ziyafət Əsgərov Əli Hüseynlini əvəzləyəcək

Parlament

18 Fevral 2016, 16:26

Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında parlamentin I vitse-spikeri Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə baxılacaq.

Parlamentdən Modern.az-a daxil olan məlumata görə, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərovun Azərbaycan Məhkəmə-Hüquq Şurasının üvü təyin edilməsi növbəti plenar iclasda qaldırılacaq.

Qeyd edək ki, bundan öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Məhkəmə-Hüquq Şurası üzvü olub. Lakin o, Şuradan çıxdığı üçün həmin yer boş qalıb.

Xatırladaq ki, 2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir, amma hazırda qurumun 13 üzvü var. Bunlar aşağıdakılardır:

Ədliyyə naziri (sədr) Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov,  Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin hakimi Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi Şahin Yusifov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov, Naxçıvan Ali Məhkəməsinin sədri Ramiz Süleymanov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun müavini Namiq Əsgərov, Salyan rayon Məhkəməsinin sədri Xəqani Tağıyev, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlham Əhmədov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri Ramiz İbrahimov.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar