Modern.az

Deputat Azərbaycanın ən yaşlı seçicisiylə görüşdü - Zeynəb nənə Prezidentə salam göndərdi - FOTOLAR

Deputat Azərbaycanın ən yaşlı seçicisiylə görüşdü - Zeynəb nənə Prezidentə salam göndərdi - FOTOLAR

21 Fevral 2016, 14:25

Ailə, qadın və uşaq komitəsinin sədri, Oğuz-Qəbələ seçki dairəsinin deputatı Aqiyə Naxçıvanlı Oğuzun Astraxanovka kəndində olaraq, rayonun ən yaşlı sakini – Zeynəb nənə ilə görüşüb. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, fevralın 18-i Zeynəb nənənin ad günüymüş.

Deputat Zeynəb nənəni təbrik edib, səhhəti, sosial vəziyyəti ilə maraqlanıb, onun uzun həyat təcrübəsinə əsaslanaraq, cəmiyyətimiz, dövlətimiz barəsində söylədiyi fikirləri, tövsiyələri  el ağbirçəyinin dilindən eşitməyin xoş olduğunu bildirib...

Zeynəb nənə şükür edərək, ona bu ömrü verdiyinə görə ilk öncə Allaha, sonra Azərbaycanda rahatlıq və əmin-əmanlığı təmin etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Deputat köməkçisinin bildirdiyinə görə, Zeynəb nənə indiyə kimi sürdüyü həyat yolunda çox əzab-əziyyətlər gördüyünü söyləyib, lakin görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gələrək müstəqil Azərbaycan dövlətini yenidən qurduqdan sonra çəkdiyi bütün acıları unutduğunu vurğulayıb.

“Yaşının çox olmasına baxmayaraq hər gün mətbuatı izləyir, müasir dünyada baş verən proseslər haqqında öz fikirlərini bölüşür. Zeynəb nənə deyir ki, “özünüz də görürsünüz ki, Azərbaycan dünyada ən sabit ölkələrdən biridir, iqtisadiyyatı güclü, ordusu güclü, siyasəti müstəqil... Hardadır belə bir dövlət ki, saydığım şeylər onlarda da qaydasında olsun? Bunlar hamısı Ümummilli lider Heydər Əliyevin siyasi kursunun və bu kursu buğun də ləyaqətlə davam etdirən Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində çox böyük zəhmətlə əldə olunubdur. Qoruyun bu dövləti! Belə bir dövr, belə bir zaman, belə bir rahat həyat indiyədək heç bir dövlətə qismət olmamışdır.
Hörmətli deputat, xahiş edirəm mənim adımdan xalqımıza belə firavan həyatı bəxş etdiyi üçün hörmətli Prezidentimizə razılığımı bildirəsiniz, salamlarımı, dualarımı çatdırasınız. Mən cənab Prezidentimiz İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya ən azı mənim qədər – 116 yaş yaşamağı arzu edirəm!””,-deyə deputatın qərargahından verilən məlumatda qeyd edilib.

Sonda millət vəkili Aqiyə Naxçıvanlı Zeynəb nənəyə öz hədiyyələrini təqdim edib, daha da gümrah olması üçün onun sağlıq durumunu daim nəzarətdə saxlayacağına söz verib.









Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir