Modern.az

“Məntiq testləri”

“Məntiq testləri”

10 Dekabr 2010, 18:51

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya və vakant iş yerlərinə qəbul üçün imtahana hazırlaşanlara, yuxarı sinif şagirdləri, abituriyentlər və müvafiq sahənin mütəxəssislərinə kömək məqsədi ilə “Məntiq testləri” adlı yeni bir vəsait hazırlayıb.

Modern.az-ın məlumatına görə, vəsait iki hissədən və əlavədən ibarətdir. Birinci hissədə məntiqi təfəkkürü yoxlayan test tapşırıqları, ikinci hissədə onların izahlı cavabları, əlavədə isə imtahana hazırlığa dair mütəxəssis məsləhətləri verilir.

Vəsait TQDK nəzdində fəaliyyət göstərən Psixometriya üzrə elmi-metodiki seminar tərəfindən çapa tövsiyə olunmuşdur.

Vəsait yaxın günlərdə oxucuların istifadəsinə veriləcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi