Modern.az

İnsan ömrünün ən məhsuldar yaş dövrü bu 10 ili əhatə edirmiş

İnsan ömrünün ən məhsuldar yaş dövrü bu 10 ili əhatə edirmiş

13 Dekabr 2010, 19:34

İnsan ömrünün ən məhsuldar dövrü 30 – 40 yaş arasındakı dövrdür. Modern az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, psixoloqlar araşdırma aparıb və məlum olub ki, insanın özünə ən çox güvəndiyi və özünü formalaşdırdığı vaxt  30 – 40  arasındakı yaş dövrüdür.

Faktlar da göstərir ki, dünya miqyasında yadda qalan  bir çox insanlar ən böyük naliyyətlərini də 30 yaşından sonra  əldə ediblər. “Day Riffer” internet saytı bu insanlardan bəzilərinin adlarını dərc edib.

Rayt qardaşları 32 yaşında ilk təyyarələrini uçurublar;
Mariya Küri 31 yaşında radium elementini kəşf edib;
George Lukas 33 yaşında "Starvars "filmini çəkib;
Martin Lüter Kinq 34 yaşında "Bir xəyalım var" adlı məşhur çıxışını edib;
Vilyam Şatner 35 yaşında kapitan Kirki canlandırıb;
Albert Eynşteyn 36 yaşında "Nisbilik nəzəriyyəsi"ni açıqlayıb;
Aktyor Robert De Niro 37 yaşında Oskar mükafatı qazanıb;
Magellan 39 yaşında dünya səyahətinə çıxıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi