Modern.az

Xocalı soyqırımında iştirak edən ordunun daha bir vəhşiliyi- Video, 18+

Xocalı soyqırımında iştirak edən ordunun daha bir vəhşiliyi- Video, 18+

28 Fevral 2016, 21:08

 

Müharibə öz qəddar qanunları ilə milyonlarla insana faciə yaşadıb. Elə xalqımız da ona qarşı aparılan amansız qırğınların şahidi olub. Modern.az saytı təəssüflə bildirir ki, bir neçə gün öncə elə soydaşlarımız da sosial şəbəkələrdə belə qırğınlar törədən ordulardan birinin yaranma gününü bayram hesab edərək bir-birini təbrik edirdi. 1990-cı ildə Bakıda dinc əhaliyə amansız divan tutan Sovet ordusunun varisi olan Rusiya ordusu bir neçə il sonra Çeçenistanda dinc əhaliyə qarşı eyni davranışı nümayiş etdirdi. Bu günlərdə Rusiya ordusunun törətdiyi vəhşilikləri əks etdirən yeni görüntülər ortaya çıxıb. Görüntülərdə Xocalı soyqırımında da iştirak edən ordunun Çeçenistanda da günahsız insanları xüsusi qəddarlıqla güllələdiyi əks olunub.

Məlumat üçün qeyd edək ki, 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etsə də, heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayev prezident seçildi. 11 dekabr 1994-cü ildə Qroznıya girən rus qoşunları 50 minə yaxın dinc sakini qətlə yetirdi.




Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir