Modern.az

ATƏT PA-nın sessiyası ilə bağlı AÇIQLAMA: “Aktiv idik”

ATƏT PA-nın sessiyası ilə bağlı AÇIQLAMA: “Aktiv idik”

1 Mart 2016, 15:37

 

Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası başa çatıb. Milli Məclisin  nümayəndə heyətinin də də qatıldığı iclasda bir çox məsələlər müzakirə edilib.  

Modern.az saytı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova ilə əlaqə saxlayaraq ATƏT PA-nın qış sessiyasından hansı təəssüratla qayıtdığını öyrənib.   Bahar Muradova ATƏT-in qış sessiyasında vacib məsələlərin müzakirə edildiyini deyib.  

“ATƏT-in qış sessiyasında bir sıra vacib məsələlər müzakirə edildi. Həm komitələrin birgə iclasında, həm də ayrı-ayrı komitə iclaslarında əsas müzakirə mövzusu transmilli təhlükələrlə bağlı idi.   Bahar Muradova ATƏT-in qış sessiyasında vacib məsələlərin müzakirə edildiyini deyib.  

“ATƏT-in qış sessiyasında bir sıra vacib məsələlər müzakirə edildi. Həm komitələrin birgə iclasında, həm də ayrı-ayrı komitə iclaslarında əsas müzakirə mövzusu transmilli təhlükələrlə bağlı idi.  

Xüsusilə, terrorizmlə mübarizə, ayrı-ayrılıqda Suriya Ukrayna böhranı, bu böhranlar nəticəsində müharibə qaçqınlarının Avropaya çoxsaylı axınının yaratdığı və onların özlərinin yaşadığı problemlər, o cümlədən, həlli uzadılmış konfliktlər məsələsi çıxışların əsas predmetini təşkil edirdi.

Hər zaman  ATƏT regionunda  çox ciddi təhlükələrin yüksələn tendensiya ilə artmasının şahidi oluruq. Bu təhlükələr ATƏT regionundan qaynaqlandığı kimi,  ATƏT-ə qonşu ölkələrdə, regionlarda baş verən proseslərin təsiri kimi  meydana çıxır”.  

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, terrorla mübarizədən söhbət gedirsə, bu məsələdə Azərbaycan susqunluq nümayiş etdirə bilməz.  

“Bir yerdə ki, söhbət terrorizmlə mübarizədən, qaçqınlardan, konfliktlərdən  gedirsə, deməli, bu məsələlər bilavasitə  bizimlə bağlı olan məsələlərdir. ATƏT-in qış sessiyasında bizi narahat edən bir çox məsələlər də ciddi tənqid obyekti oldu. Hesab edirik ki, kifayət qədər faydalı və səmərəli müzakirələr aparıldı. Amma bu müzakirələrin məzmunu faydalı idi.

ATƏT regionu və haqqında söhbət apardığımız problemlər üçün nəticələrin nə dərəcədə faydalı olacağını isə gələcək göstərəcək”.   Bahar Muradova nümayəndə heyətinin yeni tərkibinin aktiv olmasını da vurğulayıb.  

“Qeyd etməliyik ki, Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi ATƏT gündəliyini məşğul edən bütün məsələlər , o cümlədən, gündəliyə daxil edilməyən problemlərlə bağlı da öz mövqeyini  bildirib.

Söyləməliyik ki,  ATƏT PA-nın qış sessiyasında tərkibin yenilənmiş nümayəndə heyəti ilə  iştirak etdik. Nümayəndə heyətinin hər biri məsələlər ətrafında fikirlərini, mövqelərini bildirdilər”.   “ATƏT PA-nın fəaliyyətindən gələcək üçün nə gözləmək olar” sualına Milli Məclisin sədr müavini belə cavab verib.

“Gözləntilərimiz  dünyanı narahat edən məsələlərə beynəlxalq hüquq prinsiplərindən yanaşma və ədalətli həll variantları ola bilər.

Bu illər ərzində müharibə, onun doğurduğu fəlakətlər, yaranmış atəşkəs, atəşkəsin pozulmasının meydana çıxardığı zəngin təcrübəmiz var. Ona görə də belə konfliktlərin heç də asan həll olunacağını söyləmək, bütün mövqeləri bir araya gətirərək məsələyə ümumi yanaşmanı formalaşdırmaq çox çətindir.

Sadəcə,  bu səylərin nəticə verməsini arzulayardıq. Həm Avropanı, həm ayrı-ayrı regionları,  həm də ölkəmizi  təhdid altına alan  təhlükəni aradan qaldırmaq üçün ATƏT də beynəlxalq təşkilat olaraq öz imkanlarından və səlahiyyətlərindən maksimum istifadə edə biləydi. Bu, bir arzudur. Reallığın nə olacağını isə  zaman göstərəcək”.    

Namidə BİNGÖL  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir