Modern.az

Bakının yeni Baş Planı müzakirə olunub

Bakının yeni Baş Planı müzakirə olunub

Ölkə

22 Oktyabr 2009, 19:21

Oktyabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bu qurumun sədri Abbas Ələsgərovun ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşü olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmədindən Modern.az-a bildirilib ki, görüşdə Böyük Bakının Regional İnkişaf Planının konseptual aspektləri barədə fikir mübadiləsi aparılıb. H.Bağırov Bakının mövcud istinad planı və şəhərin mərkəzi hissəsinin işçi maketilə tanış olub.
Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasında hər iki qurumun əlaqəli işlənməsinin vacibliyi qeyd edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaxın vaxtlarda Böyük Bakının Regional İnkişaf Planını hazırlayacaq xarici şirkətin adını aşıqlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi