Modern.az

“9 gizli dosye”: “Hitler vəsiyyətində müharibəni yəhudi siyasətçi qurdlarının fəlakəti adlandırıb”

“9 gizli dosye”: “Hitler vəsiyyətində müharibəni yəhudi siyasətçi qurdlarının fəlakəti adlandırıb”

15 Dekabr 2010, 13:03

Hitler: “Mən İngiltərə ilə münasibətləri soyutmağa əsla tərəfdar olmadım, ABŞ ilə də vuruşmaq istəmirdim…”

Modern.az-ın məlumatına görə, məşhur fransız yazıçı Alen Deko (Alain Decaux) özünün “9 gizli dosye” kitabında dünyanın 9 məhşur liderinin ölümləri barədə maraqlı məqamları əks elətdirib.  
Kitabda faşist Almaniyasının rəhbəri Adolf Hitler barədə yer alan məlumatda bildirilir ki, müharibəni uduzduğunu tam yəqinləşdirən Hitler bunkerdə son günlərində öncə özü üçün nıkah mərasimi təşkil edib.

“Ər-arvad sıra ilə nikahı kəsənə evlənmələri üçün razılıq olaraq “Bəli” deyə cavab verdilər. Sonra nikahlarını təsdiqləmək üçün imza atdılar. Növbə Evaya gələndə, öncə dəftərə “Eva B..”  imzalamağa başladı, sonra durdu, gülərək B hərfini sildi və yanına “Hitler, qızlıq soyad Braun” yazdı.

Sonrakı saatlarda Hitler Frau Jungeyə vəsiyyətnaməsini oxutdurdu. Junge Hitlerin katibələrindən biri idi.
Ölümlə üz – üzə olmasına baxmayaraq, Hitler fikirlərinin heç birindən əl çəkmiridi.
“1939- cu il müharibəsini mənim istədiyim və ya bu müharibəni Almaniyada hər fərdin istədiyi tamamilə uydurmadır. Müharibə yəhudi siyasətçi qurdlarının müdafiə elədiyi bir fəlakətdir. Bu qurdlar ya yəhudi, ya da yəhudilərə işləyənlər idi. Bir neçə dəfə onlara tərkisilah olmaq barədə təklif etdim. Ancaq bu təkliflərim heç bir zaman qəbul edilmədi. Birinci Dünya Müharibəsindən sonra bir neçə dəfə təkrarlamışam. Mən İngiltərə ilə münasibətləri soyutmağa əsla tərəfdar olmadım. Təbii ki, ABŞ ilə də vuruşmaq istəmirdim…

Gələcək əsrlərdə  şəhərlərimizin xarabalıqları bütün bu vəziyyətə səbəb olan beynəlxalq yəhudiliyə nifrətin daha da artmasına səbəb olacaq”.

“9 gizli dosye”nin Hitlerdən digər bir sitatı: “…müharibəni uduzduq. Artıq şərəflə ölməyi də bilməliyik…
…ruslara əsir düşəcək qədər axmaq deyiləm. Əminəm ki, məni muzeydə saxlayıb hər kəsə nümayiş etdirəcəklər”.

Real faktlar əsasında qələmə alınan kitabda Hitlerin son günləri haqda daha sonra qeyd olunur. Söhbət onun yavəri olmuş Lingenin dilindən təqdim edilir:
“O,  29 aprel səhəri hər kəsin çaşqın baxışları altında sanki heç bir şey olmamış kimi ayağa qalxdı.“Yata bilmirəm” dedi. Barmağını dodağına qoyaraq bunkerdə yolunun üstündə yatanları oyandırmamağa çalışırdı. Eva otaqlarında idi və görünmürdü.
Saat 6.00-da Hitler Bormanın katibəsi Krugeri çağırdı.
Qadın öncə əvvəl altı uşağını öldürəcək, sonra özü intihar edəcəkdi. Üstündəki partiyanın qızıl medalını çıxarıb qadının köynəyinə taxdı. Bu böyük həyacan anı oldu.
Sonra mənə tərəf dönərək “əlvida Linge” dedi.
Daha sonra əlavə etdi: “Bəlkə həyatda məni sizin qədər heç kim tanımadı, 1935-ci ildən bəri kölgəmsiz. Şübhəsiz yaşamağınızı istəyirəm. Mənim haqqımda ən müdhiş, ən pis şeyləri deyəcəklər. Qaliblər haqqımda ən pis şeylər deyəcəklər və bütün əsərimi məhv etmək istəyəcəklər, bunun yolunda əllərindən gələn hər şeyi edəcəklər.  Ancaq bir-iki nəsil sonra bütün bu fırtına çəkiləcək və hamı mənə haqq verəcək””.

“Hitler bundan sonra intihar edir. İntihardan öncə benzin gətirməyi əmr edir. Göstəriş verir ki, onun meyitini yandırsınlar. Belə də olur. Fəqət onun meyiti tam yanmır…
Sonradan rusların əlinə keçir”-deyə “9 gizli dosye”də qeyd olunur…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi