Modern.az

Dünyanın ən gənc milyarderi - 19 yaşlı qız necə zəngin oldu? - FOTOLAR

Dünyanın ən gənc milyarderi - 19 yaşlı qız necə zəngin oldu? - FOTOLAR

3 Mart 2016, 15:05

Norveçli Aleksandr Andersen “Forbes” juranlının sonuncu tərtib etdiyi dünya zənginləri reytinq siyahısına ən gənc milyarder kimi daxil edilib.

Belə ki, 19 yaşlı Andersen 1,2 milyard dollar şəxsi sərvətlə 1810 milyarder arasında 1476-cı yerdə qərarlaşıb.

Düzdür, o bu sərvəti özündən 1 yaş böyük bacısı Katerina ilə bölüşsə də, yaxşı yaşamağa kifayət edir. Katerina və Aleksandra ataları Yohan Andersenin sayəsində bu qədər sərvətə malik olublar.

Belə ki, “Ferd” şirkətinin olan ata onun 80%-lik səhmlərini 2015-ci ildə qızlarına vermişdi.

1849-cu ildə əcdadları tərəfindən əsası qoyulan “Ferd” şirkəti tütün istehsalı ilə məşğul olub.

2005-ci ildə etik səbəblərdən şirkəti 500 milyon dollara satan Yohan Andersen onun əvəzinə investisiya fondu yaradıb və məhz həmin fondun səhmlərini qızlarına bağışlayıb.

Aleksandra Andersen professional idmançı olan sevgilisi ilə yaşayır və şirkətin idarəedilməsində demək olar iştirak etmir. Hər iki bacı bu işləri faktiki rəhbər olan atalarına həvalə ediblər.

19 yaşlı milyarder vaxtının çoxunu əyləncə və hobbilərinə sərf edir.

Modern.az Aleksandra Andersenin fotolarını təqdim edir. 








Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir