Modern.az

Dünya ölkələrində eşşəklərə münasibət və Azərbaycan eşşəyi - FOTOLAR

Dünya ölkələrində eşşəklərə münasibət və Azərbaycan eşşəyi - FOTOLAR

5 Mart 2016, 12:02


Eşşək bütün dünyada zəhmət və əziyyət rəmzidir. Eşşəklərdən kənd təsərrüfatında, gündəlik həyatda yükdaşımaq üçün aktiv şəkildə istifadə edirlər.

Amma müşahidələr göstərir ki, dünyanın əksər ölkələri ilə müqayisədə Azərbaycanda uzunqulaqlara münasibət fərqlidir. Yəni bizdə eşşəklə daha acımasız rəftar olunur.

Bu gün bir sıra Azərbaycan kəndlərində uzunqulaqlar “kəndlinin ən yaxın köməkçiləridir” desək, yanılmarıq. Amma əksər hallarda bu heyvanlar istifadə yox, istismar olunur. Yəni yükdaşımada təkərli nəqliyyat vasitəsinin əlçatan olmadığını görən azərbaycanlı kəndli uzunqulağı  həddindən artıq yükləməklə, normadan artıq istismar etməklə işini yola verməyə çalışır. Yazıq uzunqulaq sahibi onu hara sürürsə sürsün, nə qədər yükləyirsə yükləsin buna tabe olur.

Yeri gəlmişkən, eşşək heyvanlar arasında ən üzüyola, ən fağır canlı sayılır.

Kənd həyatındakı bütün yararlılığına, faydalılığına baxmayaraq, eşşək həm də Azərbaycan cəmiyyətdə insanların bir-birini təhqir etməsi üçün adından ən çox istifadə olunan heyvandır.

Necə deyərlər, bu heyvanları həm adı çıxıb, həm də canı...

Modern.az saytı bu məsum heyvanın müxtəlif dünya ölkələrindəki fotolarını təqdim edir. Doğrudur, bəzi başqa ölkələrdə də eşşəklərin yükdaşımada istismarı halları var... Amma Azərbaycan da bu sıradadadır..


ABŞ eşşəyi


Almaniya eşşəyi


Norveç eşşəyi


Meksika eşşəyi


Argentina eşşəyi


Tibet eşşəyi


Özbəkistan eşşəyi


Efiopiya eşşəyi


Türkiyə eşşəyi


İran eşşəyi


Fələstin eşşəyi


Nigeriya eşşəyi


Avstraliya eşşəyi


Vyetnam eşşəyi


Azərbaycan eşşəyi

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir