Modern.az

Onlar İlham Əliyevin sinif yoldaşı olublar - FOTO

Onlar İlham Əliyevin sinif yoldaşı olublar - FOTO

6 Mart 2016, 13:49

Modern.az saytı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə bağlı maraqlı bir fotoşəkil əldə edib. Modern.az saytının məlumatına görə, şəkildə İlham Əliyevlə bir sinfi bitirmiş məzunlar əks olunublar.

Qeyd edək ki, bu fotoşəkli Azərbaycan prezidenti ilə eyni sinifdə oxumuş Rauf Həsənli təqdim edib. Tanınmış tərcüməçi və jurnalist Rauf Həsənli 1960-cı ildə Bakıda anadan olub. O, Azərbaycan İqtisadiyyat Universitetini bitirəndən sonra bisnes və xarici iqtisadi əlaqələr ixtisası üzrə Rusiya, ABŞ və İngiltərədə təhsilini davam etdirib. R.Həsənli dövlət vəzifələrində və ictimai postlarda çalışıb. O, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında aktiv iştirak edib.
R.Həsənli Rusiyanın tanınmış yazıçısı Mixail Ozerovun “İlham Əliyev: mən Azərbaycanıma inanıram” kitabının ingilis dilinə tərcüməsinə baş redaktorluq edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb.

Modern.az saytı prezident İlham Əliyevin sinif yoldaşları ilə birgə məzun şəklini təqdim edir.
 
A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir