Modern.az

Əbülfəz Qarayev Siyavuş Aslanla maraqlanıb

Əbülfəz Qarayev Siyavuş Aslanla maraqlanıb

16 Dekabr 2010, 15:53

Eldar Aslan: “Atamın hazırda səhhəti stabildi, özünü yaxşı hiss edir”.

“Azərbaycanın xalq artisti Siyavuş Aslanın hazırda səhhəti stabildi, özünü yaxşı hiss edir”. Bu barədə Modern.az-a xalq artistinin oğlu Eldar Aslan bildirib.

E.Aslanın sözlərinə görə, həkimlər atasının müalicəsini uğurla aparırlar. “Hər gün yanındayıq. Yanına çoxlu qonaqlar gəlir. Həkimlər çox yaxşı qulluq edirlər”-deyə aktyorun oğlu bildirib.

Eldar Aslan deyib ki, xalq artisti  Prezident Administrasiyanın nəzdində olan xəstəxanada müalicə olunur.

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Siyavuş Aslanın oğluna zəng edərək xalq artisinin səhhəti ilə, müalicənin gedişi ilə maraqlanıb. “Nazir nə kömək lazım olduğunu soruşdu. Mən diqqətə görə təşəkkür etdim”-deyə E.Aslan vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir