Modern.az

Fond birdəfəlik yardımlar ediləcək qəzetlərin adlarını açıqladı (siyahı)

Fond birdəfəlik yardımlar ediləcək qəzetlərin adlarını açıqladı (siyahı)

Media

16 Dekabr 2010, 19:57

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda Müşahidə Şurası üzvləri KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların ayrılması barədə qərar qəbul ediblər.
Müşahidə Şurasının keçən iclasında KİV-lərin maddi texniki durumunu araşdırmaq məqsədilə yaradılmış komissiyanın məruzəsi dinlənilib. Komissiyanın rəyini nəzərə alan Müşahidə Şurası üzvləri, Fondun  2010-cu il üzrə büdcəsindən  ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 31 qəzet, 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib.
Nəzərinizə çatdırırıq ki, qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçünsə 2500 manat birdəfəlik yardımın edilməsi barədə qərar verilib.

Birdəfəlik yardımlar ediləcək  qəzet redaksiyaları:

"Ayna" - "Zerkalo" qəzeti
"Azadlıq" qəzeti
"Azərbaycan" qəzeti
"Azerbaydjanskiye izvestiya" qəzeti
"Bakinski raboçi" qəzeti
"Bakı-Xəbər" qəzeti
"525-ci qəzet"
"Bizim yol" qəzeti
"Exo" qəzeti
"Ekspress" qəzeti
"Ədalət" qəzeti
"Həftə içi" qəzeti
"Xalq cəbhəsi" qəzeti
"Xalq qəzeti"
"İki sahil" qəzeti
"Kaspi" qəzeti
"Kaspiy" qəzeti
"Mərkəz" qəzeti
"Mövqe" qəzeti
"Novoye vremya" qəzeti
"Olaylar" qəzeti
"Palitra" qəzeti
"Paritet" qəzeti
"Paralel" qəzeti
"Respublika" qəzeti
"Səs" qəzeti
"Şərq" qəzeti
"Şərq qapısı" qəzeti
"Üç nöqtə" qəzeti
"Yeni Azərbaycan" qəzeti
"Yeni Müsavat" qəzeti

İnformasiya Agentlikləri:

- ASSA-İRADƏ İnformasiya Agentliyi 

- "Azadinform" İnformasiya Agentliyi 

- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) 

- "Azəri-Press" İnformasiya Agentliyi (APA) 

- "Olaylar" İnformasiya Agentliyi 

- "Səs" İnformasiya Agentliyi 

- "Trend" İnformasiya Agentliyi 

- "Turan" İnformasiya Agentliyi 

 

 

 

 

 


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!