Modern.az

“Deputatlar, nazirlik, Bakı Şəhər İcra Hakimiyyəti İşçi Qrupuna cəlb olunub”

“Deputatlar, nazirlik, Bakı Şəhər İcra Hakimiyyəti İşçi Qrupuna cəlb olunub”

Parlament

11 Mart 2016, 11:34

“Məktəbəqədər təhsil müəssisələrinin hansı dövlət orqanının tabeliyinə verilməsi hər hansı qanunun subyekti deyil”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.  

O qeyd edib ki, yaxın vaxtlarda komitələrində “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsinin hazırlanması üçün işçi qrupunun tərkibi təsdiq olunacaq.   “İşçi qrupunu indiyə qədər müəyyənləşdirmək istiqamətində iş aparmışıq, bir çox üzvlərilə fərdi söhbətlərimiz olub. Bundan əlavə təhsil sahəsində dünya təcrübəsini öyrənmişik və bütün hazırlıq işlərini başa çatıb. İşçi qrupunu müəyyənləşdirəcəyik ki, “Məktəqədər təhsil haqqında” qanun layihəsini hazırlasınlar.  

Bura Elm və Təhsil Komitəsinin deputatları ilə birlikdə, Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Təhsil Problemləri İnstitutunun, pedoqoji təmayüllü ali məktəblərin məktəbəqədər təhsillə əlaqədar elmi dərəcəsi olan mütəxəsissləri cəlb olunub.   Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinin hansı orqanın tərkibində fəaliyyət göstərməsi məsələsi bu haqda olan qanunun subyekti deyil. O fərman və sərəncamla müəyyən olunur, qanunda belə məsələ öz əksini tapmayacaq. Bu qanunun mövzusu deyil”-, deyə komitə sədri vurğulayıb.  

2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin tabeliyinə verilib.  

Məqsəd isə körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək idi.  

Ombudsmanın 2015-ci il üzrə hesabatında da məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması məsələsinə toxunulub.  

Hesabatda bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həmçinin istər bu müəssisələrin, istərsə də orta məktəblərin birbaşa həmin nazirliyin büdcəsindən maliyyələşdirilməsinin məqsədəmüvafiq olduğu qeyd edilib. M   əruzədə qeyd olunub ki, uşaq bağçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda, şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdı.  

Eyni zamanda bildirilir ki, I siniflərə şagirdlərin qəbulu zamanı 6 yaşlılara verilən məntiq testlərinin sualları çətin olmaqla, bu yaşda uşaqların əksər hissəsinin real təfəkkür və düşünmə tərzi ilə ciddi fərqlər təşkil edir.  

Bu da bir çox valideynləri məktəbə hazırlıq dövründə uşaqlarını xüsusi repetitorlara yönəldərək pul sərf etmək məcburiyyətində qoyur.

Bunun əsas səbəbləri kimi məhz uşaqların intellektinin və düşüncə tərzinin düzgün formalaşmasında rol oynayacaq məktəbəqədər təhsil müəssisələrinin az olması, tərbiyəçi müəllimlərin peşəkarlıq tələblərinə cavab verməməsi və həmin müəssisələrinin yerli icra hakimiyyətlərinin tabeliyində olmaqla təhsil və Təhsil Nazirliyi sistemindən uzaqlaşmasıdır.

Modern.az saytının əldə etdiyi məlumata görə, bağçaların yenidən Təhsil Nazirliyinə qaytarılması istiqamətdə artıq işlərə başlanılıb.  

Aytən ZƏHRA

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı