Modern.az

“Bakı Universiteti” qəzeti Belarusda birinci yerə çıxdı

“Bakı Universiteti” qəzeti Belarusda  birinci yerə çıxdı

Təhsil

11 Mart 2016, 13:46

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri - Taleh Mursaqulov və Ayşə Mustafayeva Belarus Dövlət Universitetində keçirilən «Jurnalistika qış məktəbi» adlı beynəlxalq praktikum seminarda iştirak ediblər. 

Modern.az xəbər verir ki, adıçəkilən konfransa Almaniya, Rusiya, Ermənistan, Slovakiya və Belarusun digər universitetlərinin  tələbələri də qatılıblar.  Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqəyə tələbələrin təmsil etdikləri universitet qəzetləri də təqdim edilib. 

Bakı Dövlət Universitetinin “Bakı Universiteti” qəzeti Belarus Dövlət Universitetində keçirilən “Ən yaxşı xarici nəşriyyat” nominasiyasında birinci yerə layiq görülüb və universitetin rektoru, akademik Ablameyko Sergey Vladimiroviçin   imzası ilə diplom verilib.  

Qeyd edək ki, tədbir çərçivəsində tələbələr Belarusun tarixi-memorial abidələrini ziyarət edib, bir sıra dövlət müəssisələrində təşkil olunan brifinqlərdə, o cümlədən müxtəlif mövzularda keçirilən seminar və konkurslarda  Bakı Dövlət Universitetini  müvəffəqiyyətlə təmsil ediblər.  


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!