22 iyun 2018, Cümə
Ana Səhifə - DÜNYA - İran demokratiyası
İran demokratiyası
21.04.2017, 11:51

İran Yaxın və Orta Şərq regionunun ən önəmli ölkələrindən biri olmaqla bərabər, demokratik seçki ənənələrinin spesifikliyi ilə seçilir. 2500 il ərzində fasiləsiz olaraq monarx, ali hökmdar tərəfindən idarə edilən İran 1979-cu ildəki inqilabdan sonra da bu monarxiyadan imtina etməyib. Sadəcə olaraq həmin monarxiya öz formasını dəyişib.


Belə ki, Pəhləvi sülaləsini hakimiyyətdən uzaqlaşdıran klerikal-bürokratik zümrə İslam inqilabı gerçəkləşdirdikdən sonra ali dini lider vəzifəsi təsis etdi.

Qanlı İslam İnqilabının öndəri Ruhullah Musəvi Xomeyni şah Məhəmməd Rza Pəhləvinin xalq çıxışları qarşısında ölkəni tərk etməsindən sonra bu dəfə dini pərdə altında yeni monarx oldu. Sonradan onun diktəsi ilə qəbul edilən yeni Konstitusiya İranın Dini Lideri, İnqilab Lideri və İran Vəli Hüquqçu adını daşıyan şəxşə hakimiyyətin hər 3 qanadına (icraedici, qanunvericxi və məhkəmə) nəzarət edən ən üst post kimi geniş səlahiyyətlər verdi. İranın Ali Dini Lideri faktiki rəhbərdir və ölkənin bütün siyasi və iqtisadi təsir mexanizmlərini öz əlində cəmləşdirib.

O, Ali Baş Komandan funksiyalarını daşıyır və bütün əsas vəzifələrə - İslam İnqilabı Mühafizə Korpusu, Milli Teleradio Şirkətinin rəəhbəri, bütün əsas ordu növlərinin komandirlərini, Baş Qərargah rəisini və Ali Məhkəmə hakimlərini təyin edir. İran prezidenti isə əsasən formal səlahiyyətlərə malikdir. Respublikada baş nazir postunun yoxluğuna görə prezident hökumətin işinə nəzarət edir və səlahiyyətləri çərçivəsindəki bütün məsələlərlə bağlı yalnız Ali Dini Lider qarşısında hesabat verir.

Bayaq deyildiyi kimi, 2500 illik İran monarxiyasının davamı olan molla rejimi sadəcə olaraq sülalə hakimiyyətinin qohumluq prinsipinə deyil, dini sadiqliyə və konservativliyə diqqət edir. Məhz bu səbəbdən yeni monarxın, yəni Ali Dini liderin seçilməsi proseduru Ali Eksperlər Şurası tərəfindən səsvermə ilə təyin olunur.

Haşiyəyə çıxaraq dəmək olar ki, Eskpertlər Şurası seçicilər tərəfindən 8 il müddətə seçilmiş 86 müştəhiddən ibartədir. Müştəhidlər İslam hüququnu (Fiqh) dərindən bilən və bütün fəaliyyətləri Quran ayələrinə və peyğəmbərin hədislərinə söykənən möminlərdən seçilir.

Eskpertlər Şurası hər il ildə 2 dəfə 2 gün ərzində toplanır. Bu qurumun fəaliyyəti qapalı xarakter daşıyır və iclasların protokolları yalnız Ali Dini Liderə göndərilir. 2015-ci ildən bu orqana Ayətullah Seyid Məhəmməd Yəzdi başçılıq edir.

İran Konstitusiyası Ekspertlər Şurasına üzv  seçilən şəxslərə konkret kriteriyalar müəyyən etməsə də, Konstitusiyanın Mühafizəsi Korpusu istənilən namizədə veto qoya bilər. İranın idarəetmə funksiyalarını əllərində möhkəm saxlamaq üçün düşünülən Konstitusiyanın Mühafizə Korpusu qanunvericlik sahəsində geniş səlahiyyətlə malikdir.

Belə ki, İran parlamenti üzərində xüsusi nəzarət funksiyaları olan Şura deputatların qəbul etdiyi bütün qanun və lahiyələri gözdən keçirir. Hər hansı qanun Konstitusiyaya zidd olarsa, Şura üzvləri qanunu parlamentə qaytarmağa yaxud ona veto qoymaq imkanına malikdirlər. Bundan başqa, ölkə prezidenti, bütün deputatlar və Ekspertlər Şurasının üzvləri bu nəzarətedici orqanda təsdiqlənir. Konstitusiyanın Mühafizəsi Korpusu 12 daimi üzvdən ibartədir.

 

Onların 6-sı Ali Dini Lider tərəfindən birbaşa təyin olunur, daha 6 nəfər isə İran Məclisi tərəfindən irəli sürülür. <p">90 yaşlı Ayətullah Əhməd Cənnəti 1988-ci ildən bəri bu Şuranın sədridir.

Bəzi hallarda Konstitusiyanın Mühafizəsi Şurası ilə İran Məclisi arasında konfliktlər yanaşır. Bu məsələri həll etmək üçün Ali Dini Liderin yayında məşvərətçi funksiyalara malik Siyasi Barışıq Şurası fəaliyyət göstərir. İranın keçmiş prezidenti Əli Əkbər Rəfsəncani hazırda həmin orqana rəhbərlik edir. Bura ümilikdə 28 tanınmış dini və ictimai şəxs daxildir.    

İslam Respublikasının əsas siyasi orqanı isə Ali Milli Təhlükəsizlik Şurasıdır. 1989-cu ildə yaradılan orqana ölkə prezidenti başçılıq etsə də, faktiki rəhbər ölkənin Ali Dini lideri sayılır. Məhz o, Şuranın Baş katibini təyin edir və 2 üzvünü şəxsən təyin etməklə yanaşı, digər üzvlərin namizədliyin də təsdiqləyir.

Təhlükəsizlik Şurası İranın milli təhlükəsizlik konsepsiyasını hazırlamada və rəsmi Tehranın istənilən daxili-xarici təhlükələrdən qorumalı olan orqanların koordinasiyasını təmin etməlidir.

İran Məclisi ölkədə dünyəviliyi təmsil edən əsas orqan sayılır. Səlahiyyətləri üst pillədə yerləşən dini Şuralar tərəfindən məhdudlaşdırılsa da, təkpalatalı İran Məclisi qanun layihələrinin hazırlanması, beynəlxalq müqavilələrin ratifikasiyası və s. funksiyalara malikdir. İran Məslisi 4 ildən bir seçilir və 290 deputatdan ibarətdir. <p">  <p">

Əli Laricani 2008-ci ildən Məclisin spikeridir. Bütün deputatların namizədliyi mütləq şəkildə Konstitusiyanın Mühafizəsi Şurası tərəfindən təsdiqlənməlidir. 

İran dini mahiyyətli dövlət olduğu üçün ölkədəki heç bir islahat və dəyişkilik Ali Dini Liderin və onun ətrafında yaradılan çoxsaylı Şuraların iradəsinə zidd aparıla bilməz. Ölkənin bütün siyasi və sosial həyatına çoxsaylı xüsusi xidmət orqanları vasitəsilə nəzarət edən ölkədə yaxın illərdə önəmli dəyişikliklər gözlənilmir. 


Vüqar İsmayılov  

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Vətəndaş
13.03.2016, 17:43

İranın erməni sevgisi Məlumatlara görə, 70 milyondan arıq əhalisi olan İranda 30 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1,2 milyon ərəb və 100 min erməni yaşayır. İranın Konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır. Məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Yeri gəlmişkən, İran KİV-ləri əsasında araşdırma nəticəsində məlum olub ki, hazırda 3 minə yaxın iranlı tələbə də İrəvanda təhsil alır. Paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir. Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Bundan əlavə, Qriqoryan kilsəsinin İran üzrə yeparxiyaları Cənubi Azərbaycandakı kilsələrin təmirini də öz üzərinə götürüb. İranın ən böyük idman komplekslərindən olan «Ararat» da ermənilərə məxsusdur. Tehranda bundan əlavə ermənilərə məxsus 30 assosiasiya, təşkilat və digər ictimai birliklər də fəaliyyət göstərir. Tehranın “Hafiz” küçəsi yaxınlığında ermənilərə məxsus restoran fəaliyyət göstərir. Burada həmişə xarici ölkələrin diplomatik nümayəndələri, səfirlər şam edirlər. Buraya şam yeməyi üçün gəlməyə ona görə üstünlük verirlər ki, restoranda spirtli içkilərin qəbuluna icazə verilir. Maraqlıdır ki, İran kimi teokratik, qatı mühafizəkar dövlətdə spirtli içkilərin satışı qadağan olunmasına baxmayaraq, erməni icması üçün bu yasaq istisna təşkil edir. Bir maraqlı məqam da ondan ibarətdir ki, Tehranda alkoqollu içkilərin açıq satışda olduğu yeganə yer “Erməni klubu” adlı kiçik restorandır. Birinci Dünya Müharibəsi sonrası fəaliyyətə başlayan bu restoran 10 milyonluq şəhərdə spirtli içki içmək üçün yeganə ünvandır . Restorana müsəlmanların girişi qadağandır. Bura gələn əsas qonaqlar İrandakı xarici diplomatlar, əcnəbi turistlərdir. İranda erməni icması üçün mətbuat sahəsində də böyük sərbəstlik yaradılıb. Qeyd etmək yerinə düşər ki, İran parlamentində 2 deputat mandatı erməni icması üçün ayrılıb. Bu hüquq ölkə Konstitusiyasında ayrıca bəndlə göstərilib. Hazırda erməni icmasından Karen Xanlaryan və Robert Beqlaryan İran parlamentinin üzvləridir. Qanunverici orqanda onların əsas fəaliyyəti qondarma “erməni soyqırımı”nı gündəmə gətirmək və Ermənistan-İran münasibətlərinin inkişafına dəstək olmaqdır. Hər il aprelin 24-də İranda qondarma “erməni soyqırımı” ilə bağlı izdihamlı aksiyalar keçirilir. Bu aksiyalar əsasən Tehran və İsfahan rəhbərliyinin rəsmi icazəsiylə təşkil olunur. Xüsusi diqqət çəkən məqam isə İran prezidenti tərəfindən gerçəkləşdirilib. Belə ki, yanvar ayında Yeni il münasibəti ilə Həsən Ruhani ermənilərə məxsus “Avetisyan” xəstəxanasına 1 milyard tümən bağışlayıb. Qeyd edək ki, ermənilər İranın əsasən Tehran, İsfahan, Şahinşəhr, Kermanşəhr, Təbriz, Urmiya və digər şəhərlərində məskunlaşıblar. Ermənilərə məxsusu bu sərbəstliyin yüzdə biri İarnda çoxluq təşkil edən azərbaycanlılara verilmir. Digər millətlətin nümayəndələri isə azərbaycanlılarla müqayisədə müəyyən imtiyazlara malikdirlər.

Adolf Hitler İran haqqında:
13.03.2016, 17:44

"....İran şərqin fahişəsidir."

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq
22.06.2018, 00:59

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı
22.06.2018, 00:48

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib
22.06.2018, 00:29

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır
22.06.2018, 00:13

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi
21.06.2018, 23:57

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR
21.06.2018, 23:37

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir
21.06.2018, 23:20

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:
21.06.2018, 23:06

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

Metroda döyülən şortikli qız axtarılır
21.06.2018, 22:53

Metroda döyülən şortikli qız axtarılır

Gecə klubunda atışma: 2 ölü
21.06.2018, 22:42

Gecə klubunda atışma: 2 ölü

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı
21.06.2018, 22:29

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Şəmkirdə musiqiçilər qəzaya düşdü
21.06.2018, 22:14

Şəmkirdə musiqiçilər qəzaya düşdü

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var
21.06.2018, 21:58

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21.06.2018, 21:43

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21.06.2018, 21:30

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video
21.06.2018, 21:16

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO
21.06.2018, 20:59

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21.06.2018, 20:44

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı   
21.06.2018, 20:27

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı  

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21.06.2018, 20:15

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır

“Araz” supermarketin işçisinin qətl səbəbi ...
21.06.2018, 20:01

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

Neftçalada 19 yaşlı gənc özünü asdı
21.06.2018, 20:00

Neftçalada 19 yaşlı gənc özünü asdı

Füzulidə raket hissəsi tapılıb - FOTO
21.06.2018, 19:45

Füzulidə raket hissəsi tapılıb - FOTO

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21.06.2018, 19:34

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır
21.06.2018, 19:22

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq
21.06.2018, 19:05

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq

Onlar UNEC-i seçir
21.06.2018, 18:51

Onlar UNEC-i seçir

Abşeronda piyadanı avtomobil vurub öldürdü
21.06.2018, 18:49

Abşeronda piyadanı avtomobil vurub öldürdü

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb
21.06.2018, 18:43

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21.06.2018, 18:39

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ
21.06.2018, 18:32

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb
21.06.2018, 18:26

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb
21.06.2018, 18:23

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi
21.06.2018, 18:18

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
21.06.2018, 18:14

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.0%)
Braziliya(24.5%)
Almaniya(11.3%)
İngiltərə(3.14%)
Portuqaliya(11.9%)
İspaniya(4.40%)
Fransa(5.03%)
Belçika(1.88%)
Seneqal(3.14%)
Rusiya(19.4%)