24 mart 2019, Bazar
Ana Səhifə - MEDİA - Tanınmış fotojurnalist Elxan Kərimov vəfat edib
Tanınmış fotojurnalist Elxan Kərimov vəfat edib
20.12.2010, 00:25


Azərbaycan mətbuatına ağır itki üz verib. “Turan” İnformasiya Agentliyinin əməkdaşı, tanınmış fotoreportyor Elxan Kərimov dekabrın 19-da saat 18.00 radələrində evində qəfildən vəfat edib.  
Modern.az
xəbər verir ki, yaxınlarının deməsinə görə, Elxan Kərimov ürəktutmasından dünyasını dəyişib.
Dekabr ayının 28-də onun 62 yaşı tamam olacaqdı. Yaxınları onun son vaxtlar ürəyindən şikayətçi olduğunu bildirblər. Məlumata görə, E.Kərimov gələn ayın 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırmış.

Allah rəhmət eləsin.

***

Tərcümeyi-halı

E.Kərimov Azərbaycanın müasir tarixinin bir çox hadisəsinin canlı şahidi olub və onları çəkdiyi şəkillərdə əks etdirə bilib.

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1957-1967–ci illərdə 208 saylı orta məktəbdə təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləyib. 

1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir kimi işə başlayıb. 1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib.

1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunub. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.
1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib.
1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib. Sonradan “Turan İnformasiya Agentliyi”nə keçib. Ölüm gününədək bu agentlikdə baş fotomüxbir vəzifəsində çalışırdı. 

Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb. 2004-cü il mayın 28-də “Aзeрбaйджaнcкиe Извecmия” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda  “Fotoillürtrasiya” nominasiya üzrə “Media açarı” mükafatı alıb. 2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib.
21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb. E.Kərimovun çəkditi fotoşəkillər respublikada çıxan qəzet və jurnallarda yayımlanıb.

3 övladı yadigar qalıb.

***

Elxan Kərimovun mətbuata müsahibələrindən sitatlar:

- Əlinə fotoaparat götürüb çəkən çoxdur, amma fotomüxbir az...
İndi fotomüxbirlərin 99 faizində yaradıcılıq yoxdur. Yerindən qalxır, rəqəmsal fotoaparatla - biz onu sabunqabı adlandırırıq - ”çık" edib oturur. Axı belə olmamalıdır. Mən bir mətbuat konfransında ən azı 15 kadr çəkirəm. Arasından cəmi bir-ikisini seçib qəzetə göndəririk. Fotoqrafların mətbuatdan uzaqlaşmasının əsas səbəbi maaşla bağlı olsa da digər səbəb fotoaparaturadır.

- Fəaliyyətim boyunca çəkdiyim ən gözəl şəkil mərhum prezident Əbülfəz Elçibəyinki olub.

- Ən yaxşı şəkil təsadüfən alınır.  

- Bəzi məqamlarda çəkilən şəkillər üçün çeviklik tələb olunur. 60 yaşında belə şeyləri etmək olmur. Mitinqlərdə qovurlar, qaçırsan, o məqamı çəkməlisən. Cavan uşaqlar daha yaxşı işləyir. Amma mən özümü hələ 60 yaşında yox, maksimum 45 yaşında hiss edirəm. Bütün hallarda bilirəm ki, yerimi cavanlara verməliyəm.

- 2 iyun 2002-ci il tarixində keçirilən mitinqdə aləm bir-birinə qatışmışdı. Təkcə mən çəkirdim. Polislərlə üzbəüz gələndə bəziləri tanımır, zor tətbiq edirdi. Nazim Nağıyev Səbayel rayonunun polis rəisi olan vaxt keçirilən aksiyalardan birində onun şəklini çəkdiyim üçün mənə yumruq vurmuşdu. Mən bilən, cəzasını da aldı.
 
- Öz fotolarımla tarix yazdığımı bilirəm.

- Sənətimi oğlum Turxan davam etdirir. Ona şəkil çəkməyi mən öyrətməmişəm. Gözünü açıb fotoaparat görüb evdə. Özü aparatı götürüb şəkil çəkib. Onun yaxşı jurnalist olmasını arzulayıram.

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Niyaz
20.12.2010, 09:10

Allah rəhmət eləsin! Elxan sözün əsl mənasında fotoqraf idi. Allah-Təala oğlanlarına dəyməsin.

Elshad Eyvazli
20.12.2010, 09:37

Cox uzuldum...Jurnalistikamiz son iller cox boyuk itkiler verir... Allah hamisina rehmet elesin...!

Əli Zülfüqaroğlu
20.12.2010, 10:38

Allah rəhmət eləsin. Yaxşı insan idi.

Vüsalə RAFİQQİZI
20.12.2010, 11:06

Allah rəhmət eləsin!... Elşad çox haqlıdı. Gerçekdən çox üzüçü xeberdir. Elxan müəllim həyatda da yaxşı tanıdığım sayca az olan temizqelbli insanlardan biri idi.Övladları ilə bağlı gözəl arzuları var idi...Tessüfler olsun. O jurnalistikanın yox, onu sevenlərin və dostlarının Böyük itkisidi. Tanrı o dünyasını versin...

Elshad Paşasoy
20.12.2010, 11:06

Allah rəhmət eləsin! Bu qəfil xəbərdən çox sarsıldım...Nədənsə mənə elə gəldi ki, Elxanın ürəyinə Türkiyə-Seneqal oyunundan sonra Azadlıq meydanına axışan azarkeşlərin qələbə sevincindən reportaj hazırlayarkən keçmiş polis rəislərindən biri tərəfindən təhqir olunanda çat düşübmüş. Yadigarları sağ olsun. Allah səbr versin...

Rashad Suleymanov
20.12.2010, 11:42

Allah rehmet elesin!! Elxan muellim cox yaxshi insan idi. Cox uzulduk bu xebere. Bashin sag olsun Azerbaycan

Xətayi Əzizov
20.12.2010, 12:41

Bu xəbərdən chox üzüldüm, Allah ona rəhmət eləsin, Elxan həm şayxşı yoldaş, həm mehriban insan, həm də çox gözəl fotoqraf idi. Allah onun övladarını qorusun. Ruhu şad olsn

Elxan SALAHOV
20.12.2010, 14:59

Bu gün işə cox sarsidici bir xəbərlə başladıq. Mən cox üzüldüm Elxan bəyin vəfatından. Heyf ondan. Elxan Kərimov Azərbaycan jurnalistikası üçün ağır itkidir. Ən azə həftədə bir dəfə mənə zəng vurub yazılardakı hərf səhvlərinə iradlarını bildirirdi... Cox dəyərli, yüksək insani keyfiyyətləri vardı. Onun kimi insanlar indi azdır. Jurnalistikanın, cəmiyyətin problemləri ilə yaşayardı həmişə. Cox heyf! Allah ona rəhmət eləsin, qəbri nurla dolsun! Jurnalist dostlara və ailəsinə, yaxınlarına başsağlığı verirəm.

Xaqani Səfəroğlu
20.12.2010, 16:29

Çox təəssüfləndim. Elxan müəllim yaxşı adam idi. Onun fotoları Azərbaycanın çağdaş tarixinin əsl arxividi.. Belə fəal və enerjili insanı itirdik.. Allah rəhmət eləsin..

Aqil Aslan
20.12.2010, 16:57

Son üç gündə bu mənim üçün 2-ci üzücü xəbər oldu. 2 gün əvvəl kəndimizin bir çox sosial problemlərinin həllinə yardımçı olan, Xanqərvəndin problemlərini öz şəxsi problemi hesab edən, xətrini çox istədiyim Seyid Mirinin vaxtsız ölüm xəbərini aldım. Bu gün də 12 ildir jurnalistikadan tanıdığım, fotoqraf, gözəl insan Elxan bəyin ölüm xəbərini eşitdim. Hər iksi də ürəktutmasından dünyasını dəyişib... Allah onlara rəhmət eləsin!

AMIL
25.12.2010, 13:31

Elxan dayi Allah sene rehmet elesin Bakida yox idim indi geldim. Amma bu xebere inanmiram inanmaq istemirem hele de

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Londonda 1 milyon insan
24.03.2019, 00:16

Londonda 1 milyon insan "Brexit"ə qarşı toplandı - FOTO

Daha bir ölkə paytaxtın adını dəyişir
24.03.2019, 00:01

Daha bir ölkə paytaxtın adını dəyişir

Azərbaycan nefti ucuzlaşdı
23.03.2019, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Ticarət mərkəzindən 800 nəfər xilas edildi
23.03.2019, 23:14

Ticarət mərkəzindən 800 nəfər xilas edildi

72 uşaq xəstəxanalıq oldu
23.03.2019, 22:47

72 uşaq xəstəxanalıq oldu

Norveçdə qəza təhlükəsi: 1300 sərnişin təxliyyə edildi
23.03.2019, 22:27

Norveçdə qəza təhlükəsi: 1300 sərnişin təxliyyə edildi

Almaniyadakı azərbaycanlılarla bağlı qalmaqala Koordinasiya Şurası AYDINLIQ GƏTİRDİ
23.03.2019, 22:11

Almaniyadakı azərbaycanlılarla bağlı qalmaqala Koordinasiya Şurası AYDINLIQ GƏTİRDİ

Amerikada yaşayan Yəhudi Azərbaycan dilində muğam oxudu - VİDEO
23.03.2019, 21:46

Amerikada yaşayan Yəhudi Azərbaycan dilində muğam oxudu - VİDEO

Türkiyədə əmlak alan azərbaycanlıların sayı artıb
23.03.2019, 21:19

Türkiyədə əmlak alan azərbaycanlıların sayı artıb

Sumqayıtda 11 yaşlı uşağı maşın vurdu
23.03.2019, 21:00

Sumqayıtda 11 yaşlı uşağı maşın vurdu

Meyxana ustası Aydın Xırdalanlı dünyasını dəyişdi
23.03.2019, 20:43

Meyxana ustası Aydın Xırdalanlı dünyasını dəyişdi

Prezident sarayında yanğın
23.03.2019, 20:17

Prezident sarayında yanğın

Bərdədə DƏHŞƏT: Məcburi köçkün həyat yoldaşını baltaladı
23.03.2019, 20:01

Bərdədə DƏHŞƏT: Məcburi köçkün həyat yoldaşını baltaladı

Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb
23.03.2019, 17:48

Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb

Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr apardı
23.03.2019, 17:00

Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr apardı

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb
23.03.2019, 16:50

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOLAR
23.03.2019, 16:30

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOLAR

Son 2 gündə Azərbaycan yollarında 4 nəfər öldü
23.03.2019, 16:26

Son 2 gündə Azərbaycan yollarında 4 nəfər öldü

Ermənistanda hərbi ÜSYAN
23.03.2019, 15:43

Ermənistanda hərbi ÜSYAN

316 nəfər peşə təlimini başa vurdu
23.03.2019, 15:20

316 nəfər peşə təlimini başa vurdu

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi
23.03.2019, 15:17

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Bilgə Nursultan Nazarbayev!!!   
23.03.2019, 15:14

Bilgə Nursultan Nazarbayev!!!  

Sabahın havası - külək, yağış, qar
23.03.2019, 14:00

Sabahın havası - külək, yağış, qar

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23.03.2019, 13:48

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR
23.03.2019, 13:41

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23.03.2019, 13:30

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib

Binəqədidə yol bağlandı
23.03.2019, 13:25

Binəqədidə yol bağlandı

Evlərə qənim kəsilən 4 oğru tutuldu
23.03.2019, 12:36

Evlərə qənim kəsilən 4 oğru tutuldu

Moskva xatirələri - III HİSSƏ  
23.03.2019, 12:33

Moskva xatirələri - III HİSSƏ  

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”
23.03.2019, 12:24

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Əfqanıstanda terror - 7 nəfər öldü
23.03.2019, 12:06

Əfqanıstanda terror - 7 nəfər öldü

Əməyinin nəticəsi hər gün hamı tərəfindən görünən ən nadir peşə
23.03.2019, 12:00

Əməyinin nəticəsi hər gün hamı tərəfindən görünən ən nadir peşə

Astananın adı dəyişdi - Nur-Sultan oldu
23.03.2019, 11:40

Astananın adı dəyişdi - Nur-Sultan oldu

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 
23.03.2019, 11:28

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
23.03.2019, 11:18

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU

Gəncə-Bakı reysinə dəyişiklik
23.03.2019, 11:04

Gəncə-Bakı reysinə dəyişiklik

Amerikanın azərbaycanlı müəllimi
23.03.2019, 10:54

Amerikanın azərbaycanlı müəllimi

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI   
23.03.2019, 10:40

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI  

Azərbaycan deputatları ABŞ-a getdilər
23.03.2019, 10:22

Azərbaycan deputatları ABŞ-a getdilər

Merkellə Tramp telefonda müzakirə apardı
23.03.2019, 09:56

Merkellə Tramp telefonda müzakirə apardı

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM   
23.03.2019, 09:52

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM  

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər
23.03.2019, 09:51

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər

Cəbhədə erməni təxribatı...
23.03.2019, 09:49

Cəbhədə erməni təxribatı...

Quran niyə hər yerdə ərəbcə oxunur...   
23.03.2019, 09:44

Quran niyə hər yerdə ərəbcə oxunur...  

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR   
23.03.2019, 09:38

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR  

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

ARXİV