Modern.az

Jurnalistlərə görə 2010-cu ilin 3 mühüm hadisəsi hansılardır? (sorğu)

Jurnalistlərə görə 2010-cu ilin 3 mühüm hadisəsi hansılardır? (sorğu)

Media

20 Dekabr 2010, 16:01


Artıq 2010-ci ilin son ayının son günlərini yaşayırıq. Sözsüz ki, bu il də bir sıra mühüm hadisələri ilə tarixə düşəcək. Modern.az saytı jurnalistlərə müraciət edərək 2010-ci ildə ictimai-siyasi zəmində baş vermiş üç ən mühüm hadisənin hansılar olduğunu soruşub.

İlk müsahibimiz “Olaylar” qəzetinin redaktoru Elman Cəfərli bildirib:
“2010-ci il parlament seçkiləri, “Wikileaks” saytının yaydığı sənədlər və həmkarlarımızın itkisi ilə yadda qaldı”.

“Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli:
“2010-ci ildə Azərbaycanda ictimai-siyasi zəmində iki mühüm hadisəni qeyd edə bilərəm: ölkədə keçirilən parlament seçkiləri və jurnalistlərin dövlət tərəfindən mükafatlandırılması”.

APA-nın baş redaktoru Vüqar Hüseynov:
“2010-ci ilin ictimai-siyasi zəmində baş verən ən mühüm hadisələr parlament seçkiləri, prezidentin imzaladağı sərəncamla jurnalistlərə ev tikilməsi üçün 5 milyon vəsaitin ayrılması və cəbhə xəttində insidentlərin sayının artmasıdır”.

“Express” qəzetinin redaktoru Qalib İbrahimoğlu:
“Parlament seçkilərinin keçirildiyi ili həmin vaxt üçün ən yada qalan hadisə hesab edirdiksə, bu il belə olmadı. Çünki bu ilki hadisələrdə elə gözlənilən nəticələr baş verdi. Belədə il ərzində ölkədə elə bir hadisə baş verməyib ki, müzakirə obyektinə çevrilsin”.

“Xalq cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova:
“2010-ci il ictimai-siyasi zəmində baş vermiş ən mühüm hadisələr: birincisi dövlət başçısının mətbuatın 135 illik yubileyində verdiyi fərmanlar: jurnalistlərin mənzillərlə təmin olunması üçün 5 milyon manta vəsaitin ayrılması. Bir qrup jurnalistə “Əməkdar jurnalist” adı, “Tərəqqi” medalının verilməsi.
İkincisi parlament seçkiləri: özüm də seçkilərə namizəd kimi qatıldığım üçün mənim mövqeyimdən bu yadda qalan hadisədir.
Üçüncüsü isə təkcə bizim üçün yox, dünya üçün sensasiyalı “Wikileaks” saytının yaydığı informasiyalar: bu informasiyaların nə qədər saxta və ya dəqiq olduğunu bilməsək də, bütün dünyanı çalxaladı”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev:
“2010-ci il ictimai-siyasi zəmində baş verən ən yadda qalan hadisə jurnalistlərə ev tikilməsi ilə üçün president fərmanının verilməsi oldu. Nəhayət ki jurnalistlər də ev alacaq.
İkinci ən mühüm hadisə isə parlament seçkiləridir”.

“Bizim yol” qəzetinin müxbiri Nemət Hüseynli:
“2010- ci ildə mənim üçün ən yadda qalan hadisə Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı oldu. Daha sonra isə Eynulla Fətəllayevlə bağlı Böyük Palatanın qərarı. Yəni qərardan sonra  Azərbaycan tərəfi şikayət versə də, Böyük Palata həmin şikayəti qəbul etmədi. Avropa Şurası Nazirlər Komitəsinin Eynulla Fətullayevla bağlı qərarı mənim jurnalistika nəzərimdən ən yadda qalan hadisədir.
Ikinci hadisə isə parlament seçkiləridir. Parlament seçkiləri artıq bir çox şeyə nöqtə qoydu. Azərbaycan insanın seçkiyə münasibəti bu seçkidə üzə çıxdı.
Üçüncü isə Qarabağ ətrafında baş verən hadisələr. Həmin hadisələr də bizi Qarabağdan metrlərlə ayırır”.

“525-ci qəzet”in əməkdaşı Pərvanə Sultsanova:
“2010- cı il üçün ictimai-siyasi zəmində ən yadda qalan hadisələri aşağıdakılar hesab edirəm. 
İlk növbədə Qarabağ münaqişəsi öz həllini tapa bilmədi.
İkinci Azərbaycanda parlament seçkiləri keçirildi. Amma seçkinin nəticələri elə də ürəkaçan olmadı.
Üçüncü isə mətbuatın vəziyyəti bu ildə ağır olaraq qaldı. Baxmayaraq ki, dövlət tərəfindən bir sıra tədbirlər keçirildi. Amma bu tədbirlər jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırmasına ciddi təsir göstərmədi. KIV-in inkişafına Dövlət Dəstəyi Fondu ayırdığı yardım ünvanlı olsaydı daha yaxşı olardı. Jurnalistlər üçün ayrılan sahədə binanın tikintisinə başlanılacaq, amma mənzillərin hansı jurnalistlərə verilməsi ilə bağlı hələ açıqlama olmayıb. Yaxşı olardı ki, açıqlansın burda kimlərə ev düşəcək.
Ümumiyyətlə, bu il başlayanda həm Qarabağ məsləsi, həm seçkilər, həm də medianın vəziyyəti ilə bağlı gözləntilərim vardı. Amma proseslərdə istədiyimiz nəticələr olmadı”.

“Zerkalo” qəzetinin müdiri Azər Rəşidoğlu:
“2010-ci ilin ictimai-siyasi zəminində ən yada qalan hadisə parlament seçkiləridir. Bu il Azərbaycan tarixində anoloqu olmayan seçki oldu.
İkinci hadisə təhsil naziri Misir Mərdənovun bəyanatı və hicab ətrafında yaranan söz-söhbətlərdir.
Üçüncü isə AXCP və Müsavat partiyalarının birləşdiməsi ilə bağlı yalan ajiotajın başlanması. Birliyin baş tutmaması və hər iki partiyada yarpak tökümünün başlanmasdır”.

“Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğlu:
“Məncə 2010-ci il ictimai-siyasi zəmində baş vermiş ən mühüm hadisələr parlament seçkiləri və “Wikileaks” qalmaqalı, yəni bu saytın açıqladığı sənədlərdə öz əksini tapan məqamlardır”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi