Modern.az

Donald Trampın arvadları - ABŞ-ın yeni prezidentinin sevgi macəraları - FOTOLAR

Donald Trampın arvadları - ABŞ-ın yeni prezidentinin sevgi macəraları - FOTOLAR

9 Noyabr 2016, 11:15

Gözəl qadın pərəstişkarı olan Tramp 3 dəfə evlənib


ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanıb. Modern.az xəbər verir ki,Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib. O, Seçicilər Kollegiyasının 277 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 215-ni toplayıb. 

Qələbə üçün namizəd ən azı 270 səs toplamalı idi.

İndi ABŞ-ın yeni prezidenti, tanınmış biznesmen Donald Tramp barədə hər bir məlumat maraq doğurur. Donald Trapm gözəl qadınların vurğunudur. Modern.az saytı bildirir ki, o, üç dəfə evli olub. Donald hansı qadınları seçib, onların münasibətləri necə qurulub və nə ilə nəticələnib?

Donald Trampın ilk arvadı - İvanna Zelniçkova

Donald Trampın birinci arvadı İvanna Zelniçkova 1949-cu ildə Praqada anadan olub. Valideynləri - atası mühəndis Miloş Zelniçek, anası – telefon operatoru Mariya Zelniçkova olublar. İvanna uşaqlıqdan zəhmətsevərliyi və ambisiyaları ilə fərqlənib. O, artıq 2 yaşı olanda xizəksürmə üzrə idman seksiyasına gedib, 6 yaşında isə yarış qalibi olub. 1970-ci ildə olimpiya yığmasının ehtiyat heyətinə daxil ola bilib. 1971-ci ildə Avstriyadan olan xizəkçi Alfred Uinkmayra ərə gedib. İvanna özü bu nikahı saxta hesab edib, çünki həmin sənəd sovet Çexoslavakiyasını tərk edə bilməkdən ötrü bağlanıb.



Gözəl, ideal idman görkəmli sarışın İvanna Avstriyadan Kanadaya, sonra Nyu-Yorka gələrək model kimi işə düzəlir. Orada Donald Trampla görüşür. İvannaya qulluq edən Tramp onu hədiyyə, gül-çiçək, kompliment “yağışına” tutur. Donaldın klassik sevgi lirikası olmasa da, hisləri ilə İvannanı özünə cəlb edir və 1977-ci ildə evlənirlər. Əri İvannaya vəd etdiyi hər şeylə təmin edir: qəşəng yaxtalar, avtomobillər, evlər, bahalı zinət əşyaları və pul o qədər idi ki, istədiyi kimi xərcləyə bilərdi.

Belə təmtəraqlı həyat bezdirəndə əri onu öz firmasında menecer kimi işə götürür. Tramp ailəsində üç uşaq dünyaya gəlir: Donald Con (1979-cu il), İvanka Mari (1981-ci il) və Erik Fredrik (1984-cü il). Onlar 13 il birlikdə yaşayır, İvanna həmin müddətdə əri üçün təkcə sadiq dost deyildi, həm bir çox işlərinin başlanğıcı üçün köməkçi idi. O, hesab edirdi ki, həmişə bir yerdə olacaqlar, axı ailə, biznes və reputasiya Donald üçün təməl prinsiplər idi.



Onların nikahı pozulanda İvanna məhkəmə vasitəsilə Donaldın 25 milyon dollarlıq qəşəng villasını alır və uşaqların saxlanılması üçün ayda 650 min dollar ödəməsi haqda qərar çıxartdırır. İvanna bir az qürurla başını dik tutaraq boşanmasına dözə bilir. Boşandıqdan sonra iki dəfə ərə gedir. Boşanma zamanı əldə etdiyi pula isə “İvanna” ətri buraxır, model evi açır, avtobioqrafik kitab nəşr etdirir. O, boşandıqdan sonra zəngin həyatını davam etdirir: Televiziyada realiti-şou aparıb, sonra birinci xanımların klubuna sonra rəhbərlik edib.

Marla Meypls – Donald Trampın ikinci arvadı



Amerikalı aktrisa və tanınmış fotomodel Marla Meypls Donald Trampın ikinci həyat yoldaşı olub. O 1963-cü ildə Corciya ştatının Dalton şəhərində doğulub. Marla uşaqlıqdan idmanla məşğul olub, universitetin basketbol komandasında çıxış edib. 1983-cü ildə “Miss çimərlik plakatı” yarışmasında qalib gəlib. Bu, onun model biznesinə başlamasının başlanğıcı olub.

Gənc, gözəl, istedadlı qız Donald Trampla tanış olur və onların sevgi romanı başlayır. Həmin vaxt Donald evli idi. O, Trampın qalalarından birində yaşamağa başlayır və onu ezamiyyətlər zamanı müşayiət edirdi. 1993-cü ildə Marla Meypls və Donald Tramp evlənərək, 4 illik 1,5 milyon dollar dəyərində nikah müqaviləsi imzalayırlar.



Bu nikahdan onların Tiffani adlı qızları doğulur. Marla ərə getmək ərəfəsində aktrisa kimi özünə yaxşı karyera qurur, 15-dən çox kinoya çəkilir. Ancaq nikahları uzun müddətli olmur. Marla və Donald Tramp 1999-cu ildə ayrılırlar. Boşanandan sonra ona ərindən sevimli qızı və 2,5 milyon dollar qalır. Marla Meypls hazırda çoxlu səyahət edir, maraqlı həyat sürür, müxtəlif tədbirlərdə iştirak edir.

Donald və Melaniya Tramp

Donald Trampın üçüncü arvadı Melaniya 1970-ci ildə Yuqoslaviyanın Sevintse şəhərində Viktor və Amaliya Knaussun ailəsində doğulub. Melaniya Lyublyanski universitetini dizayn və arxitektura ixtisası üzrə bitirib. Gənc gözəli model karyerası daha çox cəlb edib. 16 yaşı olanda Paris və Milanda çıxış edib.



Melaniyanın Donald Trampla ilk görüşü 1998-ci ildə Nyu-Yorkdakı klublardan birində keçirilən gecədə baş verib. Melaniya dərhal Donaldın xoşuna gəlib, o, dərhal telefon nömrəsini almaq istəyib, ancaq qız imtina edib. Tramp geri çəkilməmək və gənc qızın ürəyini fəth etmək qərarına gəlib. Uzunmüddətli nəvazişdən sonra Melaniya 2004-cü ildə biznesmenin təklifini qəbul edərək onunla nişanlanıb.

Cənc modelin ABŞ-dakı karyerası 90-cı illərin əvvəllərində bir neçə böyük olmayan reklam layihələrində iştirak etməklə başlasa da,  o qədər də uğurlu alınmayıb, Ona maraq mətbuatda Trampla yaşadığı sevgi romanı müzakirə olunandan sonra başlayıb. Tanınmış jurnallar Melaniyaya əməkdaşlıq təklif ediblər.

2005-ci ilin yanvar ayında Melaniya ilə Donald Trampın toyu keçirilib, çox saylı tanınmış qonağın iştirak etdiyi mərasim dəbdəbə və xüsusi gözəlliyi ilə seçilib. Bu hadisə də kütləvi informasiya vasitələrində geniş müzakirə edilib.

2006-cı ildə cütlüyün Berron Uilyam Tramp adlı oğlu dünyaya gəlib. Melaniya son zamanlar vaxtının çox hissəsini ailəsinə və övladına ayrırır, məmnuniyyətlə onların uğurlarını bölüşür, ona böyük sevgisini və nəvazişini bəxş edir.

O 2010-cu ildə özünü üçüncü arvad kimi 24 yaş kiçik olduğu əri Donald Trampın zərgərlik kolleksiyasını buraxan dizayner kimi elan edib. Donald Tramp isə həmişə qeyd edir ki, o arvadı ilə bir komandadır və xanımı onu hamıdan yaxşı başa düşür.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir