Modern.az

Bakı-Şamaxı yolu müvəqqəti olaraq bağlanacaq

Bakı-Şamaxı yolu müvəqqəti olaraq bağlanacaq

Təhsil

23 Oktyabr 2009, 16:33

Bakı-Şamaxı yolunda son tamamlama işlərinin aparılması ilə əlaqədar olaraq 24 oktyabr 2009- cu il tarixdə axşam saat 22.00-dan 26 oktyabr 2009-cu il tarixinə saat 24-dək yolun 0-cı km-dən 3.5-ci km-dək olan hissəsində bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam dayandırılacaq. Bu müddətdə Bakıdan-Şamaxı və Şamaxıdan-Bakı istiqamətinə hərəkət edən avtomobillərə alternativ yollar təklif ediləcək.

Modern.az xəbər verir ki, həmin müddətdə Bakıdan- Şamaxı istiqamətində gedən avtomaşınlar Xocahəsən ərazisindən keçərək Hökməli dairəsindən Şamaxı istiqamətinə hərəkətini davam etdirəcək. Şamaxıdan Bakıya gələn avtomaşınlar isə Hökməli dairəsindən keçməklə (Qobu ərazisindən) Xocahəsən qəsəbəsindən Bakıya daxil olacaqlar.  

Eyni zamanda Dövlət Yol Polisinin Ekologiya postundan Binəqədi rayonu istiqamətində gedən yol da deyilən müddətdə bağlı olacaq.

Nəqliyyat Nazirliyi müvəqqəti olaraq yaranmış narahatlığa görə üzr istəyib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi