Modern.az

Obama Ərdoğanla görüşdən imtina etdi

Obama Ərdoğanla görüşdən imtina etdi

28 Mart 2016, 16:31

ABŞ prezidenti Barak Obama Nüvə Sammiti çərçivəsində Vaşinqtona səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla təkbərək görüşdən imtina edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama Türkiyənin maliyyəsi hesabına Merilend ştatında inşa olunan məscidin açılışında Ərdoğanla birgə iştirak etmək barədə təklifi geri çevriib.  

Ağ Ev Nüvə Sammiti çərçivəsində də iki ölkə başçısının təkbətək görüşününü planlaşdırılmadığını bildirib.  

Sonuncu dəfə Obama və Ərdoğan 2015-ci ilin noyabrında Antalyadakı G2O Sammitində görüşmüşdü.

Bundan başqa, tərəflər bu ilin fevralında telefon əlaqəsi də saxlamışdılar.  

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?