Modern.az

Rusiya Ermənistana 12%-ilk qaz güzəşti etdi

Rusiya Ermənistana 12%-ilk qaz güzəşti etdi

29 Mart 2016, 15:23


Ermənistan və Rusiya tərəfi təbii qazın qiyməti ilə bağlı yeni razılıq əldə edib.

Modern.az xəbər verir ki, “Aykakan Jmanak” qəzetinin məlumatına görə, Rusiya Yerevana satdığı qazın qiymətini 12% endirəcək.

Qəzetin məlumatına görə beləliklə, Ermənistana satılan qazın min kubmetri 165 dollardan 146 dollara qədər ucuzlaşacaq.

Bundan əvvəl, 2015-ci ilin sentybarında Putinlə Sarkisyan arasında ələdə olunmuş razılığa görə, Rusiya bu ölkəyə satıdğı qazın baza qiymətini 189 dollardan 165 dollara qdərə endirmişdi.

“Aykakan Jamanak” qəzetinin məlumatına görə, tərəflərin yekun razılığı aprelin 7-8-də Yerevana səfər edəcək baş nazir Dmitri Medvedevin ölkə rəhbərliyi ilə görüşü zamanı əldə olunacaq.

Vüqar İsmayılov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub