Modern.az

Təyyarəni girov götürən şəxsin tələbi məlum oldu

Təyyarəni girov götürən şəxsin tələbi məlum oldu

29 Mart 2016, 16:25

Misirə məxsus təyyarəni ələ keçirən şəxs hava gəmsinin aviasiya benzini ilə təmin olunaraq Türkiyəyə uçmasını tələb edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, son məlumatlara görə əsl adı Seyfəddin Mustafa olan şəxs eyni zamanda Misir həbsxanalarında saxlanılan bəzi şəxlərin azad olunmasını tələb edib. Onun Misir ordusunun keçmiş zabiti olduğu bildirilir.

Hadisə yerinə olan jurnalistlər isə Kipr xüsusi təyinatlılarının əraziyə gələrək təyyarəni azad etmək üçün əməliyyata hazırlaşdığını yazıb.

Bu səhər İsgəndəriyyədən Qahirəyə uçan A-321 təyyarəsi naməlum şəxs tərəfindən girov götürülərək Kiprin Larnaka aerportuna məcburi endirilmişdi. Silahlı şəxs təyyarənin pilot heyəti istisna olmaqla göyərtədəki bütün şəxsləri azad etmişdi.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir