Modern.az

Ən böyük təyyarə qaçırılmaları - SİYAHI

Ən böyük təyyarə qaçırılmaları - SİYAHI

Reportaj

29 Mart 2016, 20:06

Bu gün səhər  qaçırılan EgyptAir şirkətinə  məxsus Airbus A320 sərnişin təyyarəsi  Kiprdəki Larnak hava limanına enib. Bu, tarixdə ilk hadisə deyil. Son 20 ildə səs-küylü təyyarə qaçırışları dəfələrlə olub. Onları qaçıranlar arasında şəxsi faciələrini yaşayanlar, tragikomediyalarla üzləşənlər, hətta əsl terrorçular da var.

Modern.az saytı 1990-cı illərdən bu günədək qeydə alınan təyyarə ələ keçirilmələrini təqdim edir.

17 fevral 2014-cü il. Əddis-Əbəbə-Roma-Milan reysində Ethiopian Airlines aviasiya şirkətinə məxsuds “Boeing767” təyyarəsinin ikinci pilotu komandir kabinəni tərk edəndən sonra hava gəmisini Cenevrəyə qaçırıb. Göyərtədə 193 sərnişin və 8 ekipaj üzvü olub. Şəhər üzərində uçanda hakimiyyətlə əlaqə saxlayaraq siyasi sığınacaq istəyib. 10 dəqiqəlik uçuş üçün yanacağı qalan təyyarə eniş edib,  onu qaçıran hakimiyyətə təslim olub və 20 il azadlıqdan məhrum edilib.

19 aprel 2009-cu il.  Kanadanın CanJet şirkətinə məxsus “Boeing 737” Yamaykanın Monteqo-Bey şəhərindəki hava limanından uçuşdan əvvəl özü ilə göyərtəyə tapança keçirən sərnişin tərəfindən ələ keçirilib. Təyyarədə 182 nəfər olub. Silahlı şəxs Kubaya uçmağı tələb edib. Bir neçə saatlıq danışıqlardan sonra sərnişinləri buraxıb, ancaq ekipaj üzvlərini girovluqda saxlayıb. Yamayka xüsusi dəstəsi hücum çəkərək təyyarəni girovluqdan qurtarın, heç kim xəsarət almayıb.

11 sentyabr 2001-ci il. Mülki aviasiya tarixində ən böyük təyyarə qaçırılması hadisəsi qeydə alınıb. United Airlines və American Airlines hava şirkətlərinə məxsus 4 təyyarəni “ƏI-Qaidə” ilə bağlı olan terrorçular ələ keçiriblər. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə çırpılıb, biri Pentaqonun binasına düşüb, dördüncüsü sərnişinlər təyyarəni ələ keçirənlərin yerləşdiyi pilotların olduğu kabinənin qapısını sındırmağa cəhd etdikdən sonra  Pensilvaniyada yerə düşüb.

15 mart 2001-ci il.  İstanbuldan Moskvaya uçan “Vnukovo hava xətti” şirkətinə məxsus Tu-154 təyyarəsini 3 çeçen ələ keçirərək Səudiyyə Ərəbistanına getməyi tələb edib. Göyərtədə 174 sərnişin olub. Səudiyyə Ərəbistanının xüsusi xidməti hücum çəkərək təyyarəni xilas ediblər. Nəticədə terrorçulardan biri məhv edilib, Türkiyə vətəndaşı olan sərnişun və stüardessa Yuliya Fomina ölüblər.

25 may 2000-ci il. Philippine Airlines aviasiya şirkətinin Manilaya uçan A330 təyyarəsi yerə enməyə az qalmış qumbara və tapança ilə silahlanmış kişi tərəfindən ələ keçirilib. Təyyarənin göyərtəsində 278 sərnişin və 13 ekipaj üzvü olub. O, sərnişinlərə çantalarındakı qiymətli nə varsa çıxarmağı, bundan sonra özünün hazırladığı paraşütlə tullanmaq üçün pilotlardan aşağı enərək lyuku açmalarını tələb edib. Soyğunçu son anda təşvişə düşdüyündən stüardessa 1800 metr hündürlükdən onu lyukdən itələyib. Bəxti gətirməyən soyğunçunun meyiti 3 gün sonra Maniladan 70 kilometr aralıdan tapılıb.

24 dekabr 1999-cu il. 176 sərnişin və 15 ekipaj üzvü ilə Katmandadan Dehliyə uçan İndian Airlines çirkətinə məxsus A300 hava gəmisini Pakistanın “Harakat ul-Medjaxidin” ekstremist qruplaşmasının üzvləri ələ keçiriblər. Terrorçular əvvəlcə təyyarəni Hindistanın Amritsar şəhərinə aparıblar, oradan Pakistanın Lahor, sonra Dübaya (burada 27 sərnişini buraxıblar), nəhayət Əfqanıstanın Kəndahar şəhərinə uçublar. Girovlar azad ediliblər, “Taliban” hökuməti təyyarəni ələ keçirənlərə Əfqanıstanı tərk etmələri üçün 10 saat vaxt verib.

23 iyul 1999-cu il. All Nippon Airways şirkətinə məxsus “Boeing 747” təyyarəsi 503 sərnişin və 14 ekipaj üzvü ilə birlikdə ələ keçirilib. Tokiodan havaya qalxandan 25 dəqiqə sonra mətbəx bıçağı ilə silahlanan sərnişin pilotların kabinəsinə girib. Gəminin komandiri radio vasitəsilə ələ keçirilmə ilə bağlı məlumat verəndən sonra bıçaqla vurularaq öldürülüb. Cinayətkar özü təyyarəni idarə etməyə cəhd göstərsə də, digər ekipaj üzvləri buna imkan verməyblər. Təyyarə Tokioya qayıdıb. Araşdırma zamanı məlum olub ki, 29 yaşlı istilaçı depressant təsiri altında Tokio körfəzindəki vasitəsilə Xoş gün körpüsü üzərindən uçmaq niyyətində olub.

3 sentyabr 1996-cı il. Bolqarıstanın Hemus Air şirkətinə məxsus Tu-154 təyyarəsi (göyərtəsində 150 sərnişin və 8 ekipaj üzvü olub) Beyrutdan Varnaya uçanda ələ keçirilib. Təyyarəni qaçıran pakistanlı Norveçə uçmağı tələb edib. Osloya düşəndən sonra hakimiyyətə təslim olaraq siyasi sığınacaq istəyib. O, məhkəmədə özünü ağılsız adlandırıb, buna baxmayaraq 4 il azadlıqdan məhrum edilərək Livana geri göndərilib.

24 dekabr 1994-cü il. Göyərtəsində 220 sərnişin və 12 ekipaj üzvünün olduğu Air France şirkətinə məxsus A300 təyyarəsi Əlcəzairdən Marselə uçarkən qaçırılıb. Hava gəmisini “Silahlı İslam qruplaşması”nın 4 terrorçusu (Əlcəzairin mərkəzi hakimiyyəti ilə mübarizə aparan radikal qrplaşma) ələ keçirib. Terrorçular təyyarəni Parisdəki Eyfel qülləsinə vurmaq niyyətində olublar. Əlçəzairdən dekabrın 25-də axşam havaya qalxan təyyarə dekabrın 26-da yanacaq doldurmaq üçün Marseldə enib, bu zaman hücumla geri alınıb. 3 sərnişin həlak olub (onlar hələ Əlcəzairdə öldürülüblərmiş), terrorçuların 4-ü də məhv edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi