Modern.az

ABŞ-dan kritik qərar: hərbçi ailələri Türkiyədən təxliyyə edilir

 ABŞ-dan kritik qərar:  hərbçi ailələri Türkiyədən təxliyyə edilir

30 Mart 2016, 00:48

 

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (SecDef) Türkiyədə xidmət edən bütün amerikalı əsgər ailələrini təhlükəsizlik səbəblərindən ölkəni tərk etməyə çağırıb.   Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, nazirliyn Almaniyadakı mərkəzindən verilən açıqlamada bildirilir ki, SecDef ABŞ dövlət katibliyi ilə birlikdə Türkiyədə olan əsgər ailələriylə bağlı məsələni son vaxtlar xüsusilə diqqətdə saxlayır.

"İncirlik" hərbi hava bazası daxil olmaqla, Adana, İzmir və Muğladakı hərbi personal ailələrinin Türkiyəni tərk etmələri barədə qərar verilib. Bunun səbəbi bölgədə təhlükəsizliklə bağlı olan narahatlıqlardır", - açıqlamada bildirilir.

"SecDef"-in məlumatında hərbçi ailələrinin Türkiyəni birdəfəlik tərk etmədiyi də qeyd olunur.   "Ailələr Türkiyədən çıxarıldıqdan sonra ABŞ qüvvələri Türkiyədəki əməliyyatları effektiv şəkildə dəstəkləyəcək. Buna görə də hərbçi ailələrinə qarşı təhlükə riskləri artacaq. ABŞ və Türkiyənin İŞİD-ə qarşı mübarizəsi davam etdiriləcək", - SecDef bildirib.

NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlav da məsələ ilə bağlı açıqlama verib.  

Komandan bəyan edib ki, amerikalı ailələrin Türkiyədən çıxarılması barədə qərar rəsmi Ankara, ABŞ dövlət katibliyi və Müdafiə Nazirliyi arasında aparılan müzakirələdən sonra qəbul edilib.

"Ailələrimiz və sivillərimiz təxliyyə olunacaq. Türkiyə ilə yan-yana döyüşə hazır olmalıyıq. Bunun üçün belə ailələrin, sivillərin təxliyəsi barədə qərar verməyə məcburuq. Yoxsa onlar zərər görə bilər", - Bridlav bildirib. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir