Modern.az

Azərbaycanlı jurnalistlər Atatürkün məzarını ziyarət ediblər

Azərbaycanlı jurnalistlər Atatürkün məzarını ziyarət ediblər

Media

23 Dekabr 2010, 12:36


Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Türk dilində danışan ölkələrin media forumu”nda iştirak edən azərbaycanlı jurnalistlər bu gün Mustafa Kamal Atatürkün uyuduğu Anıtkabiri ziyarət ediblər.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun “musavat.com”a verdiyi məlumata görə, Türkiyə Cümhuriyyəti qurucusunun məzarını ziyarət etdikdən sonra onlar paytaxtın gəzməli, görməli yerləri ilə də tanış olacaqlar. Daha sonra nümayəndə heyəti İstanbula yola düşəcək.

Qeyd edək ki, sözügedən forum srağagün başlayıb, dünən isə öz işini başa çatdırıb. Forumun açılışında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, dövlət naziri Bülənd Arınç və başqa rəsmi şəxslər iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!