Modern.az

Nüvə Sammiti və Türkiyə ilə aparılacaq müzakirələr

Nüvə Sammiti və Türkiyə ilə aparılacaq müzakirələr

Dünya

31 Mart 2016, 09:54


Əlimusa İbrahimov
Siyasi Elmlər üzrə fəlsəfə doktoru
Politoloq

Amerikada artıq işinə başlamış Nüvə Sammiti bu günlər mətbuat və siyasi təhlilçilərin diqqət mərkəzindədir. Bu da təbiidir. Dünyada baş verən son hadisələri təhlil etmək, yaxın gələcək üçün yeni strategiya müəyyənləşdirmək üçün dövlət başçıları yeni fürsət əldə ediblər. Bu baxımdan Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın Vaşinqtona səfəri  diqqətlə izlənilir. Amerika və Türkiyə arasında müzakirə ediləsi və Yaxın Şərqin gələcək taleyinə bilavasitə təsir edəcək çoxlu məsəslələr mövcuddur. Şübhəsiz həllini gözləyən məsəslərin 1-2 günlük səfər çərçivəsində müzakirə və həll olunması imkan xaricindədir. Amma gələcək münasibətlərin konturlarının bu Sammit zamanı müəyyənləşəcəyi heç şübhəsizdir.

Vaşinqtona səfər ərəfəsində Obama – Ərdoğan göruşü haqqında müxtəlif versiyalar səslənməyə başladı. Aparıcı analitiklər bu görüşün baş tutmayacağı Ərdoğanın səfərdən ümidsiz qayıdacağı haqqında mülahizələr irəli sürməyə başladılar. Hətta Dion Nissenbaum və Karol E. Lee bir az da irəli gedərək bunu iki lider arasında yaranmış soyuqluqla əlaqələndirirdilər.  Təbii ki,  Amerika tərəfi haqlı olaraq ABŞ prezidentinin qrafikini çox yoğun olmasını görüşün keçirilməsinə mane ola biləcək yeganə arqument kimi irəli sürürdülər. Əllidən artıq dövlət başçısı ilə təkbətək görüşmək Obama üçün praktiki olaraq mümkün deyildi.

Amma bütün bunlara baxmayaraq Sammitin ev sahibi, qeyri resmi olsa belə, Rəcəb Təyyib Ərdoğanla görüşmək haqqında qərar verdi və bu Türkiyə Prezidentinin miqrant məsələsində Avropa Birliyi ilə apardığı uğurla müzakirələrdən sonra Türkiyə Forin ofisinin ikinci nəzərəçarpacaq qələbəsi anlamına gəlir.

Bundan başqa Türkiyə nümayəndə heyətini Amerika tərəfi ilə sıx iş qrafiki gözləyir. Ərdoğan yola düşməzdən əvvəl müzakirə olunacaq məsələləri belə ifadə etmişdi: “ Sammit zamanı biz Paris, Ankara, İstanbul, Brussel və Lahorda baş verən terror hadisələri fonunda terrorizmə qarşı mübarizə aparmaq üçün ciddi əməkdaşlığın zərurətini müzakirə edəcəyik. Bu səfər zamanı terrorizmə qarşı birgə mübarizə aparmağa nail olmağı qarşımıza məqsəd qoymuşuq”

Ərdoğan həmçinin uzun müddətdir ki, Türkiyənin gündəmini zəbt edən Fətullah Gülənə qarşı tədbir gorməyi ABŞ rəhbərlərindən istəyəcəyini bildirmişdir. Heç kimə sirr deyil ki, ABŞ-ın Pensilvaniya Ştatını özünə qərargah seçmiş  Fətullah Gülən zaman-zaman Türkiyə rəhbərliyi və dövlətini təhdid edir.


Amma müzakirə ediləcək məsələlər bunula bitmir. Amerikanın nüfuzlu elmi tədqiqat mərkəzi “Center for a New American Security”  gələcək prezident üçün hazırladığı tövsiyədə aşağıdakı əsas beş məsələ ilə ciddi məşğul olmağn zəruriliyini qeyd edirdi:

1. İŞİD və onun bənzəri olan ekstremist qrupların terror hərəkətlərinin qarşısının alınması.

2. Rusiyanın Ukraynadan başlayıb Suriyaya çatan aqressiyasının qarşısının alınması.

3. Yaxın Şərqdə məzhəb müharibəsi və humanitar faciəyə səbəb olan dörd münaqişənin (Suriya,İraq, Yəməm, Liviy) dayandırılması.

4.Çinin dominant rolunun artması nəticəsində yaranacaq status – kvoya nəzarət.

5. Təhlükəli texnologiyaların- kütləvi qırğın silahlarından tutmuş insansız uçan aparatlara qədər- yayılmasının qarşısının alınması.

Göründüyü kimi Amerikanın Xarici Siyasətini narahat edən məsələlər bu gün Türkiyə üçün də önəmlidir və bu məsələlərin müzakirəsi və ortaq nöqtənin tapılmas zəruridir.

İki dövlət arsında müzakirəyə çıxarılacaq məsələlərdən biri də, analitiklərin fikrincə, PYD-YPG  qruplarına  baxışlardakı arasında müxtəliflik olacaq. Məlum olduğu qədər Türkiyə bu təşkilatları PKK kimi və onunla əməkdaşlıq edən  terror təşkilatı adlandırır və bu barədə dəfələrlə ABŞ-a sübutlar təqdim etmişdir. Amerika isə Türkiyənin cəhdlərinə baxmayaraq Yaxın Şərqdə İŞİD-ə qarşı mübarizədə bu təşkilatları özünün müttəfiqi kimi baxır.

Beləliklə Nüvə Sammitindəndən sonra Türkiyə və ABŞ münasibətlərində problemlərin hansı səviyyədə müzakirə olunduğunun qısa müddətdə şahidi olacağıq.


Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?